Siyasət (16-02-2014, 16:36)
Putinin keçmiş köməkçisi: Rusiya aqressor dövlətdir - Siyahı
Rusiya prezidenti Vladimir Putinin keçmiş köməkçisi Andrey İllarionov maraqlı məqalə ilə çıxış edib. “Axar.az”ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, o, hüquqi sənədlərin kriteriyalarına istinad edərək, keçmiş Sovetlər Birliyi və onun varisi sayılan Rusiya Federasiyasını ötən əsrin ən aqressor ölkəsi sayıb və təcavüzə məruz qalan ölkələrin siyahısını tərtib edib.
İllarionov aqressor dövlət anlayışının müəyyənləşdirilməsi indiqatoru kimi 1933-cu ildə imzalanan London Konvensiyasını əsas götürüb.
Xatırladaq ki, beynəlxalq müqavilə ona imza atan ölkələr qarşısında hüquqi məsuliyyət qoyur. Sənəddə 5 kriteriya ölkənin aqressor olmasını təsdiqləyir.
Bunlar aşağıdakılardı:
1. Bir dövlətin digər ölkəyə müharibə elan etməsi;
2. Müharibə elan etmədən hərbi müdaxilə halı;
3. Müharibə elan etmədən quru, hava və dəniz qüvvələrinin yeridilməsi;
4. Dəniz vasitəsi ilə aqressiyaya məruz qalan ölkənin sahillərinin mühasirəyə alınması;
5. Digər ölkənin ərazisində qeyri-qanuni hərbi bölmələrə dəstəyin verilməsi və separatçı qüvvələrin həvəsləndirilməsi.
Xatırladaq ki, London Konvensiyası 1933-cü ildə 12 dövlət tərəfindən imzalanmışdı. Bunlar Əfqanıstan, Estoniya, İran, Latviya, Polşa, SSRİ, Türkiyə, Finlandiya, Çexoslavakiya, Rumıniya, Yuqoslaviya və Litva idi.
İllarionov bildirib ki, sözügedən konvensiya tək İkinci Dünya müharibəsi illəri deyil, ondan sonrakı dövrdə də hüquqi qüvvəyə malik olub. Maraqlıdır ki, keçmiş SSRİ sənədi imzalayan digər ölkələrə qarşı aqressor qismində çıxış edib. İllarinov SSRİ və onun varisi olan Rusiya tərəfindən həyata keçirilən 22 aqressiya halının siyahısını tərtib edib.
İllarionov bildirib ki, faşıst Almaniyasının hesabında qısa müddət ərzində, 1938-1944-ci illərdə 19 aqressiya faktı müəyyən olunub. Lakin bu sahədə mütləq “çempion” kimi o, SSRİ və onun varisi Rusiyanın adını çəkib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024