Dünya (28-02-2014, 12:12)
Simferopol aeroportu rus silahlılarının əlində
Hərbi geyimli bir qrup silahlı şəxs fevralın 27-dən 28-nə keçən gecə Krım Muxtar Respublikasının Simferopol şəhər aeroportunu ələ keçirib
AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, hadisə şahidləri bildirib ki, geyimlərində fərqləndirici nişanları olmayan hərbi formalı qrup üzvləri fevralın 27-də səhər saatlarında Krım parlamentini və hökumət binasını zəbt edənlərlə bənzərliyi olub.
Silahlı şəxslər aeroporta dövlət nömrə və hər hansı digər fərqləndirici nişanı olmayan üç “KamAZ” markalı yük avtomobilində gəliblər.
Hadisədən bir neçə saat sonra “Simferopol” hava limanının nümayəndəsi İqor Stratilati “Exo Moskva” radiosuna açıqlamasında silahlıların aeroportu tərk etdiyini bildirib.
İ. Stratilati deyib ki, əllərində Rusiyanın dövlət bayraqları olan 50-dək silahlı şəxs aeroporta hücum edib: “Silahlılar bildiriblər ki, onlar hava limanına Ukrayna xüsusi təyinatlılarının gəldiyini düşünərək bu addımı atıblar. Lakin burada Ukrayna Silahlı Qüvvələrinə bağlı olan xüsusi təyinatlıların olmadığına əmin olduqdan sonra üzr istəyərək aeroportu tərk ediblər.
Hava limanının nümayəndəsi aeroportun hazırda adi rejimdə işini davam etdirdiyini söyləyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024