Dünya (31-07-2019, 14:39)
Aİ-dən üçüncü cəhd – Liderləri seçmək üçün sammit keçirilir
Avropa İttifaqının 28 ölkəsinin dövlət və hökumət rəhbərləri bazar günü Brüsseldə keçiriləcək növbədənkənar sammitində Aİ-nin beş əsas vəzifəsinə namizədlər seçməyə cəhd edəcəklər. Sammit iştirakçıları razılığa gələ biləcəyi təqdirdə, seçilən namizədlər quruma 2019-2024-cü illər ərzində rəhbərlik edəcəklər. Qeyd edək ki, bu artıq üçüncü cəhddir. Belə ki, bu məsələnin ilk dəfə mayın 28-də növbədənkənar, ikinci dəfə isə 20-21 iyunda plan əsasında keçirilən sammitdə müzakirə olunmağına baxmayaraq, hər iki cəhd nəticəsiz qalmışdı.
Söhbət Jan-Klod Yunkerin Avropa Komissiyasının sədri, Donald Tuskun Avropa Şurasının rəhbəri, Federiki Mogerininin Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali sədri, Mario Draqanın Avropa Mərkəzi Bankının başçısı, eləcə də Antonio Tayanın Avroparlamentin sədri vəzifələrindən gedir. Onların hamısı postlarını tərk edəcəklərini bildiriblər. Tayandan başqa, hamısının səlahiyyət müddəti oktyabrın 31-də bitir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025





















