Cəmiyyət (25-03-2021, 19:05)
Qarabağ qaziləri arasında kimlər gərginlik yaratmağa çalışır? - FOTO
Bir qrup Vətən müharibəsi iştirakçısı arasında qarşıdurma yaranıb. Buna səbəb isə Maştağa qəsəbəsində neft quyusunun yaxınlığında tikilən qanunsuz ev göstərilir. Maraqlıdı, bir neçə ay öncə düşmənə qarşı çiyin-çiyinə vuruşan silah yoldaşları indi nəyə görə üz-üzə gəliblər?
Əldə etdiyimiz məlumata görə, müharibə iştirakçıları arasında qarşıdurmanı uzun müddətdir Maştağa və Buzovna qəsəbələrinin ərazisində neft mədənindəki boş torpaqları zəbt edib, qanunsuz tikinti işləri aparan Azər Cəbrayılov və ətrafındakı dəstəsi yaradıb. Onun qanunsuz əməlləri barədə mətbuatda bir neçə geniş araşdırma təqdim olunub. Azər Cəbrayılov köhnə taktikasından istifadə edərək qanunsuz tikinti işlərini başa çatdırmaq üçün yenə də müharibə veteranlarından istifadə edir. Ona bu işdə cəmiyyətdə daha çox “saxtakar veteranlar” kimi tanınan Şəmilov İlyas Cəbrayıl oğlu və Abbasov Zavur Ağaqulu oğlu köməklik göstərir.
Bu şəxslər 2-3 min manat qarşılığında qanunsuz “gecəqondu” tikintinin başa çatdırılmasını, heç bir dövlət qurumunun müdaxilə etməyəcəyini, bir sözlə “hər şey bizlikdi” deyib bütün məsuliyyəti öz üzərlərinə götürürlər. Neft mədəninin mühafizəçiləri qanunsuz tikintinin dayandırılmasını tələb etdikdə isə onlar hay-küy salıb münaqişə yaradırlar və guya Qarabağ əlillərinin döyüldüyünün görüntüsünü yaratmağa çalışırlar. Vətən, dövlət, bayraq sevgisindən ağızdolusu danışan İlyas və Zavur Vətən müharibəsi zamanı hamının həyəcanla cəbhədən şad xəbərlər gözlədiyi bir vaxtda eyni taktika ilə Balaxanıda qanunsuz evlər tikib satmaqla məşğul olurdu.
Bu saxtakar dəstənin üzvləri indi İkinci Qarabağ müharibəsi qazilərini də aldadaraq öz ətraflarında toplamağa çalışırlar. Çünki quldur dəstənin “böyük” oğurluq planları var - xalqa məxsus olan neft mədəni ərazilərindəki boş torpaq sahələrini zəbt edərək ev tikib satmaq. Təəssüf ki, saxtakarlar bəzi qaziləri nələrinsə müqabilində öz yanlarına çəkə bilir. Onlardan tələb olunan isə odur ki, hərbi forma geyinib tikinti ərazisində görünsünlər, qoy gələn-gedən görsün ki, tikinti işlərini qazilər aparır. Belə olanda heç kim qanunsuz tikintiyə müdaxilə etməyə cəsarət etməz.
Lakin neft sənayesi obyektlərinin mühafizəsi ilə məşğul olan SOS şirkətinin əməkdaşlarının da əksəriyyəti Vətən müharibəsi iştirakçısıdır. Təkcə bir neçə gün əvvəl 53 müharibə veteranı işlə təmin olundu. Belə olan halda tərəflər arasında mübahisə qaçılmaz olub. Mühafizəçilər “biz də qaziyik, biz də Vətən yolunda canımızdan keçmişik, amma bunu əlimizdə bayraq edib heç bir qanunsuz əmələ göz yumulmasını istəmirik” deyərək qanunsuz tikinti işlərinin dayandırılmasını tələb ediblər.
Qeyd edək ki, qanunsuz tikintinin aparıldığı sahə H.Z. Tağıyev adına NQÇİ-nin 3 saylı mədən ərazisində, 1220 saylı işlək neft quyusundan cəmi 20 metr məsafədə yerləşir.
Halbuki bu cür sahələrdə yaşamaq insan həyatı üçün bir sıra təhlükələr yaradır. Əvvəla, intensiv neft çıxarılan ərazilərdə radiasiya fonu normadan dəfələrlə yüksək olur və belə yerlərdə uzun müddət yaşamaq xərçəng xəstəliyinin yaranma riskini artırır. Bundan başqa, mədən ərazilərində hər an yanğın-partlayışlar baş verə bilər ki, bu da neft quyularının bir neçə metrliyində yaşayan insanların həyatı üçün təhlükə yaradır. Bütün bunlar nəzərə alınaraq mədən ərazilərində məskunlaşma qanunla qadağan edilib. Ancaq dəllalıqla məşğul olan mütəşəkkil dəstələr neft mədən ərazilərini zəbt edərək, məlumatsız vətəndaşlarla satmaqla minlərlə insanın təhlükəli şəraitdə yaşamasına səbəb olurlar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024