Cəmiyyət (11-03-2021, 17:50)
"Keyfiyyətli media dedikdə siyasi təsirlərə məruz qalmayan media nəzərdə tutulur" - Qulu Məhərrəmli

Bunu "Mediatv.az"-a açıqlamasında media üzrə ekspert Qulu Məhərrəmli deyib.
Ekspert bildirib ki, II Qarabağ savaşı və Covid-19 pandemiyası media ilə cəmiyyət arasındakı körpüləri yaxınlaşdırıb: “Medianın son 1 il ərzindəki keyfiyyət dəyişikliyindən danışmaq, fikrimcə, hələ tezdir. Lakin bununla yanaşı, nəzərə çarpan əlamətlər də müşahidə edilir ki, bu əlamətlərdən biri medianın cəmiyyətə, ictimai problemlərə diqqətinin artmasıdır. Belə ki, daha əvvəl işıqlandırılmayan bəzi mövzular, artıq mediada öz əksini tapır. Ümumiyyətlə, medianın fəlsəfəsi baxımından ciddi keyfiyyət dəyişiklikləri yoxdur. Hələlik media ciddi tənqid etmir, qəzet səhifələrində, sosial mediada araşdırma materialları, demək olar ki, yoxdur. Bunlar hər biri medianın ciddi nöqsanlarıdır. Təşkilati istiqamətdə edilən bir sıra dəyişiklikləri isə müsbət meyllər kimi qiymətləndirmək olar”.
Qulu Məhərrəmlinin sözlərinə görə, şübhəsiz ki, keyfiyyətli media dedikdə müstəqil, iqtisadi cəhətdən asılı olmayan, siyasi təsirlərə məruz qalmayan media nəzərdə tutulur.
“Media real proseslərin güzgüsüdür, yəni cəmiyyət nə ilə yaşayır, hansı hava ilə nəfəs alırsa, hər biri mediada görünür. İstənilən halda, bütün demokratik dövlətlərin göstəricisi media azadlığı və azad medianın cəmiyyətə təsiridir. Bu gün ənənəvi medianın sosial şəbəkələrlə ciddi rəqabət şəraitində olması medianın işinə müəyyən mənada mənfi təsir göstərsə də, eyni zamanda peşəkarlıq baxımından fərqlənmək imkanı yaradır. Bu tendensiya da hazırki medianın əlamətlərindən biridir”,- deyə ekspert əlavə edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
29 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI -Dövlət büdcəmizin anası belə ağlar günə qalır...
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025