Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-03-2019, 18:30)
“SOCAR Media” seminar keçirir

 “SOCAR Media” öz missiyasına sadiq olaraq, Azərbaycanda neft-qaz və energetika sahəsində fəaliyyət göstərən jurnalistlər üçün beynəlxalq seminar təşkil edir.
Mediatv.az-ın məlumatına görə, Azərbaycanda rəsmi fəaliyyət göstərən informasiya agentlikləri və media qurumlarının əməkdaşları, energetika sahəsində fəal olan jurnalistlər, habelə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri seminarda iştirak etmək məqsədilə qeydiyyatdan keçə bilərlər.
Seminar martın 11-də “SOCAR Tower”də keçiriləcək. Seminarda SOCAR rəhbərliyi, eləcə də, tanınmış beynəlxalq jurnalistlər Svenya O’Donnel, Ceyms Qavin, Lourens Dor, Caylz Braun iştirak edəcəklər.
Seminarda təşkil olunmuş ayrı-ayrı sessiyalarda neft-qaz mövzusunda reportajların hazırlanması ilə bağlı tanıtım; geniş auditoriya üçün mürəkkəb mövzularda reportajların hazırlanması; enerji mövzuları üzrə necə effektiv jurnalist olmalı; ənənəvi və sosial medianın inkişafı və saxta xəbərlərin artması; yalan xəbərlərlə mübarizədə medianın rolu mövzularında məruzələr dinləniləcək, müzakirələr keçiriləcək. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq.
Xatırladaq ki, tədbir martın 11-də saat 9:30 da başlayacaq. İştirak etmək istəyənlər 07 mart saat 16:00-dək 050-344-77-92 nömrəli telefonla, Vüsal Əhmədovla əlaqə saxlayaraq qeydiyyatdan keçməlidirlər.
Məruzəçilər haqqında qısa məlumat:
Svenya O’Donnell: xarici, iqtisadi, siyasi mövzularda işləyən beynəlxalq jurnalist (Bloomberg, FT, Sunday Times, The Independent-də 15 illik iş təcrübəsi);
Ceyms Qavin: Neft-qaz, Yaxın Şərq mövzuları üzrə ixtisaslaşmış jurnalist (Petroleum Economist, MEED);
Caylz Braun: baş icraçı direktor, Social360 (sosial media və kommunikasiya mütəxəssisi);
Lourens Dor: tərəfdaş, DRD Partnership (London PR konsaltinqi).
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024