Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (10-03-2021, 11:50)
Qarabağ müharibəsi veteranına əlillik təyin olunmur? - AÇIQLAMA

Qarabağ müharibəsi veteranına əlillik təyin olunmur?
Birinci Qarabağ müharibəsi veteranı və II qrup əlil Məmmədov Əli Ramiz oğlu əlilliyə görə müavinət ala bilmir.

Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb

“Demək olar ki, onun ağ ciyərinin biri yoxdu, güllənin biri hələdə bel hissəsindədir. Onu tərpətmək olmaz, bir neçə yerdən güllə yarası alıb. O, 1994-cü ilə qədər əlilliyə görə müavinət alıb, sonradan Rusiyaya yollanıb. Təbii ki, vətənə gəlmədiyi üçün vəsait kəsilib. Ötən il vətənə qayıdıb və müavinatı bərpa etmək istəyir. Artıq bir ilə yaxındır ki, ona əlilliyə görə müavinətini vermirlər”, - paylaşımda qeyd edilir.

İddia edilir ki, onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində əlilliyin təyin olunmaması üçün get-gələ salırlar.

Qurumun mətbuat katibi Gülnar Əzizova "Mediatv.az"-ın sorğusunu cavablandırıb.

O bildirb ki, bu ilin fevralın 15-də Məmmmədov Əli Ramiz oğluna Gəncə şəhəri, 6 nömrəli şəhər Poliklinikası tərəfindən Əlillik Alt sisteminə daxil edilən forma 88-də əsas diaqnoz III dərəcəli tənəffüs çatışmazlığı göstərilib:

“Xəstəliyin əsas diaqnostik müayinəsi hesab edilən ağ ciyərlərin spiroqramma müayinəsinin nəticəsi bölməsində “Tənəffüs çatışmazlığı II dərəcə” qeyd edilib. Məhz, şəxsin əsas diaqnozu ilə ağciyər spiroqramması arasında ciddi uyğunsuzluğa görə onun əlilliklə bağlı müraciətinə imtina cavabı verilib”.

G.Əzizova əlavə edib ki, Ə.Məmmmədov fevralın 19-da Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində təşkil olunan Hərbi Komissiya tərəfindən əyani müayinəyə cəlb edilib:

“Həmin uyğunsuzluğun müəyyən olunması məqsədi ilə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan müvafiq müayinələrdən keçərək ixtisaslaşmış həkim rəyini təqdim etməsi tövsiyə edilsə də, bu günə qədər Məmmədov Əli həmin müayinənin nəticəsini Agentliyə təqdim etməyib”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024