Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (21-09-2020, 15:25)
Ehtiyatda olan zabitin əlilliyə görə müavinəti kəsilib? - AÇIQLAMA

 Ehtiyatda olan zabitin əlillik dərəcəsinə görə aldığı pensiya kəsilib.
Bu barədə "Mediatv.az"-a Süleymanov Fərrux David oğlu özü məlumat verib.
Ehtiyatda olan zabitin sözlərinə görə, o 2008-ci ildən ordudan tərxis olunub:
“Mən vəzifə başında yaralandığım üçün ordu sıralarından tərxis olunmuşam və ikinci qrup əlillik dərəcəsi almışam. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən mənim ikinci qrup əlillik şəhadətnaməm ləğv edilib. Hər il bir dəfə əlillik dərəcəsini təsdiqlətmək üçün həkim komissiyasından keçirdim. 2014-cü ildə isə növbəti dəfə həkim komissiyasından keçdikdə artıq mənə müddətsiz əlillik dərəcəsi verilib. E-sosial.az saytından qeydiyyatdan keçdim. Şəxsi kabinetimdə isə sistemdə əlillik dərəcəmin ( müddətsiz olmağına baxmayaraq) bir il müddətinə işləndiyini gördüm. Həmçinin hərbi həkim komissiyasının mənə verdiyi diaqnoz da sistemə yanlış köçürülüb.  
Sistemdə mənim müddətsiz əlillik dərəcəmin və diaqnozumun səhv işlənməsində mənim və ailəmin günahı var? Mən bu səhvə görə haqsızlıqla qarşı-qarşıya qalmışam. Bunu mənə və ailəmə qarşı haqsızlıq kimi qəbul edirəm. Sizdən xahiş edirəm, mənim müraciətimi qəbul edib, bu haqsızlığın aradan qaldırılmasına kömək edəsiniz”.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti "Mediatv.az-ın sorğusunu cavablandırıb. Bildirilib ki, Süleymanov Fərrux David oğluna (569FWOZ) Əlillik Altsistemində (2.2. 2.2.7. Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə) meyarına əsasən, bir il müddətinə 27.05.2014-27.05.2015 tarixlərində ikinci dərəcə əlillik təyin edilib.
Şəxsin əlillik müddəti kağız daşıyıcılarda müddətsiz qeyd edilməsinə baxmayaraq, elektron bazada bir il müddəti göstərilib. Fərrux Süleymanova DSMF-dən əlilliyə görə sosial müavinəti barədə müvafiq arayış əldə edərək, rayon üzrə Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etməsi tövsiyə edilir. Həmin sənədlər üzrə müvafiq araşdırmalardan sonra vətəndaşın əlillik dərəcəsi ilə bağlı qərar veriləcək.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024