Cəmiyyət (3-03-2021, 14:45)
Yenidən Qarabağ müharibəsi gözlənilir? - Ramaldanov AÇIQLADI
"Müharibə olacağı ilə bağlı məlumatların yayılmasına heç bir əsas yoxdur. Ermənistanda olan revanşist qüvvələrin çıxışlarına aldanmaq lazım deyil".
Bunu "Mediatv.az"-a açıqlamasında Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.
O, qeyd edib ki, bütün işğaldan azad edilən ərazilərdə təhlükəsizlik tədbirləri görülür və həmin yerlər izlənilir. Ona görə də narahatlığa heç bir əsas yoxdur:
"Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi. Düşmənin məhv edilən texnikasının siyası da bunu sübut edir. Artıq biz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Azərbaycan ordusu düşmənin 30 illik müdafiə xəttini yarıb, 44 günə darmadağın edibsə, ermənilər keçən 2 ay ərzində özünə gələ bilməz. Onların qısa müddətdə yenidən ordu yaratmağa, onu silahlandırmağa imkanları yoxdur. Erməni ordusunun pisixoloji vəziyyətləri o yerdədir ki, düşmən uzun illər bizim torpaqlarımıza baxa bilməzlər. Ermənistan ordusunun müharibə etmək ehtimalı yoxdur. Ermənilərə Ali Baş komandan öz dəmir yumruğu ilə layiqli cavab verdi. Hazırda Azərbaycan ordusunun yetərincə gücü də, silahı da var. Yenidən müharibə olacağı proqnozunu vermək yersizdir. Qarabağda ermənilərin yaşadığı əraziyə rus sülhməramlıları nəzarət edir. Cənab prezident onların fəaliyyətini məqbul hesab edib. Artıq qardaş Türkiyə ordusunun zabitləri də, rus hərbiçiləri ilə tam işə başlayıb. Nəzarət getdikcə güclənir. Ona görə də müharibədən söhbət gedə bilməz. Hansısa qüvvələr tərəfindən maliyyələşən, Qarabağda azıb qalan qüvvələri də Azərbaycan güc strukturları tərki-silah elədi. Hadrudda baş verən hadisəni buna misal göstərə bilərik. Hazırda Azərbaycan ordusunun zərərsizləşdirdiyi 70-ə yaxın terrorçu var. Onlar cinayət məsuliyyətinə cəlb olunub".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024