Siyasət (31-07-2020, 14:06)
MN: “Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək”

Mediatv.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanın dünən Balakəndə söylədiyi “Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır… Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!” fikirlərini əsas tutan Azərbaycan Ordusunun şəxsi heyəti qarşıda duran bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün peşəkarlığını və döyüş qabiliyyətini gündəlik məşqlər və təlimlərdə daim artırır.
“Ordumuzun döyüş qabiliyyəti və hərbi potensialı döyüş meydanında düşmən üzərində üstünlüyümüzü təmin edəcək ən əsas göstəricidir. Əgər Ermənistan tərəfi çirkin niyyətlərinə nail olmaq üçün yenidən təxribatlara əl atarsa, Azərbaycan Ordusu onların cavabını layiqincə verəcək”, - deyə nazirlikdən bildirilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
22 06 2025