Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-09-2019, 17:56)
“Kim istəyir məscidə getsin, kim istəyir içsin” – Deputatdan cavab

 “Azərbaycan İslam ölkəsi deyil və şəriət qanunları ilə idarə olunmur. Bu baxımdan şərab festivalını qadağan etmək heç bir məntiqə sığmır”.
Bu sözləri “Yeni Sabah”a deputat Fazil Mustafa Şamaxıda Üzüm və Şərab Festivalının keçirilməsi ilə bağlı bəzi dindarların narazılığına münasibət bildirərkən deyib. 

Fazil Mustafa əlavə edib ki, dünyada şərabçılığa biznes növü kimi baxılır və Azərbaycanda şərab festivalının keçirilməsinə bu kontekstdə yanaşılmalıdır.

“Azərbaycan dünyəvi dövlətdir. Eyni zamanda vətəndaşların dini etiqad azadlığı var. Ölkənin hamısı da dindar deyil. Kim istəyir məscidə getsin, kim istəyir şərab içsin. 

Əgər dindarlar başqalarının hüquqlarına qarşı çıxacaqlarsa, sabah dindar olmayan vətəndaşlar da onların hüquqlarına qarşı çıxacaq. Ona görə də ümumiyyətlə bu məsləni müzakirə etmək doğru deyil”,- deyə deputat vurğulayıb.

Xatırladaq ki, avqustun 30-31-də Şamaxı rayonunun Meysəri kəndində Azərbaycan Üzüm və Şərab Festivalı keçirilib.

Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunub.

Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təssərüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

Bəzi dindar qruplar Azərbaycan əhalisinin böyük kəsiminin müsəlman olduğunu əsas gətirərək belə bir festivalın keçirilməsini məqbul saymayıblar.
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024