İqtisadiyyat (14-11-2018, 16:00)
Azərbaycan Monqolustana şərab ixrac etməyə hazırlaşır

Azərbaycanın şərab istehsalçıları bu ilin sonunda Monqolustana məhsul ixrac etməyə hazırlaşır. Şirkətlər artıq bu istiqamətdə müqavilələr imzalayıb.Mediatv.az "report"-a istinadən bildirir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.
Bundan başqa, onun sözlərinə görə, 1 həftə bundan əvvəl Çinin Şanxay şəhərində açılmış Azərbaycan Şərab Evində 120-dən çox çeşiddə şərab məhsullarının satışı həyata keçirilir.
"Üstəlik, bu ayın əvvəlində Çinə təşkil edilmiş səfər çərçivəsində Azərbaycan şirkətləri 50 mln. ABŞ dolları dəyərində razılaşmalar əldə edib", - deyə o, əlavə edib.
Y.Abdullayev həmçinin deyib ki, bu ilin sonuna qədər Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil ediləcək.
Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycan şərab məhsullarının ixracını 43% artırıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025