Siyasət (23-01-2019, 10:40)
Deputat: Azərbaycan, Türkiyə kimi ölkələrdə şəriət qanunu tətbiq edilmir

Mediatv.az xəbər verir ki, qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvüAsim Mollazadə təmsil etdiyi Avropa Konservatorlar qrupu adından danışıb.
Deputat bildirib ki, dünyəvilik - dövlət və dinin ayrılığı sivilizasiyamızın ən böyük nailiyyətlərindəndir.
O, Azərbaycanın 100 il əvvəl müsəlman Şərqində ilk dünyəvi dövlət olduğunu, elə həmin dövrdə də qadınlara səsvermə hüququnun verildiyini və ölkəmizdə ilk müsəlman qadınının parlamentə üzv seçildiyini diqqətə çatdırıb. Həmçinin, ölkəmizdə qadınların cəmiyyətdə, siyasətdə və digər sahələrdə fəal rol oynadığını vurğulayıb.
Millət vəkili eyni zamanda, şəriət qanununun bəzi Avropa ölkələrində də tətbiq olunduğuna təəssüf etdiyini bildirib və bunun qəbuledilməz olduğunu söyləyib.
O qeyd edib ki, şəriət qanununun tətbiqi, ilk növbədə, qadınların hüquqlarının pozulmasıdır:
“Qahirə bəyannaməsinin tonu antimüsəlman və ya antiislam olmamalıdır. Azərbaycan, Türkiyə kimi ölkələrdə şəriət qanunu tətbiq edilmir”.
A.Mollazadə digər dinlərdə də qadınların hüquqlarına baxılmasının vacibliyini qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
15 05 2025