Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-07-2016, 14:52)
Dilqəmdən dəhşətli məktub: “Ürəyimdə, ayaqlarımda olan ağrılar…”

girov kelbecer

 

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar – Şahbaz Quliyev və Dilqəm Əsgərovun məktubları Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən ailələrinə çatdırılıb.

 

Mediatv.az xəbər verir ki, bu barədə onların ailə üzvləri məlumat veriblər.
Şahbaz Quliyevin bacısı İradə Quliyeva qardaşının onların vəziyyəti ilə maraqlandığını deyib: “Şahbaz məktubunda adətən həmişə eyni şeylərdən yazır. Bizim, xüsusilə anamın və qızının vəziyyətini soruşur. Eyni zamanda özünün vəziyyətinin yaxşı olduğunu qeyd edib”.
Ş.Quliyev bütün qohumlara salam göndərib.
Dilqəm Əsgərov Şuşadan yazır: “Alça yığırdım, yıxıldım”. 
Girovluqda saxlanan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov isə qardaşının məktubunu ötən gün aldıqlarını və məktubun 50%-dən çoxunun silindiyini bildirib:“Qardaşım məktubunda daha çox giley-güzar edib. Keçən məktubunda da səhhətində müəyyən problemləri olduğunu yazmışdı. Bu dəfə də qeyd edib ki, başı, beli və ayağında ağrılar var. Baxanda görünür ki, məktub yarımçıq qoyulub”.
Qızıl Xaç Komitəsindən isə bildirdilər ki, həkimlər Dilqəmin səhhətini yoxlayıb və heç bir problem olmadığını deyirlər.
Sahib Əsgərov da qardaşının Azərbaycana çoxlu salam göndərdiyini qeyd etdi.

Şahbaz Quliyev və Dilqəm Əsgərov
Dilqəm Əsgərovun oğlu Kürdoğlunun sözlərinə görə, atasının girovluqda olmasından iki il keçir. Lakin Qızıl Xaç Komitəsinin Bakı ofisinin həkimləri onun səhhətini yoxlamayıblar: “Başqa vaxt deyirlər ki, girovlar nəzarətimizdərir. Necə nəzarətinizdədir ki, bir dəfə olsun həkimlər onun səhhəti ilə maraqlanmayıblar?. Nəyə görə bu işlə tam ciddi məşğul olunmur? Nəyi gözləyirik? Atamın və Şahbazin ölməyini?”.
K. Əsgərov atasının yazdığı məktub barədə məlumat verib. Onun sözlərinə görə, atası radiosunun əlindən aldığını bildirib.
“Yazdığınız məktubu iyunun axırı aldım. Ermənilər gətirib verdi. Hər dəfə yazırsız ki, idman elə! Ürəyimdə, ayaqlarımda, belimdə olan ağrılar imkan vermir. Radionu çoxdan əlimdən alıblar. Hazırda tək qalıram, radionu apardılar. Yazırsız ki, dünya qarşıb. Hamısını bilirəm (daha sonra bəzi cümlələr silinib). İnsan haqlarına görüş üçün ərizə yazın. Mənim haqqımda çox şey yalandan internete verilir (Ermənistan mətbuatında). Hamısı yalandır. Uşağın imtahandan aldığı qiymətləri bilirəm, 3 dənə iki alıbsız? (Girovun oğlu deyir ki, atası burada Avropa İnsan Haqları Məhkəməsinə müraciəti və alqıqları mənfi cavabı nəzrdə tutub) Məktubu oxu, yoxla, hər şeyə diqqətlə bax. Hamıya salam”.

Şahaz Quliyevin məktubu
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova iyunun 28-də baş çəkilib. Dilqəm Əsgərov, Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Bu zaman onların yanaında olan Həsən Həsənov qətlə yetirilib.Adıçəkilən şəxslər ermənilərin işğal etdiyi rayona yaxınlarının məzarlarını ziyarət etmık üçün getmişdilər.
Ötən il Dilqəm və Şahbazın üzərində qondarma məhkəmə qurulub. D.Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. /anspress

шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025
8 05 2025
8 05 2025