Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-02-2015, 16:45)
Dilqəmin ailəsinə göndərdiyi yeni məktubda gizli mesaj

Kəlbəcər rayonunda girov götürülən azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib

 

"Mediatv.az" bildirir ki, bu barədə AzVision.az-a D. Əsgərovun qardaşı Sahib Musayev məlumat verib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktub artıq onlara çatdırılıb. 
Məktubda bunlar qeyd edilib:
“Əziz Qardaşım salam. Məktubunuzu aldım. Çox sağ olun. Mənim vəziyyətim yaxşıdır. Heç bir xəstəliyim yoxdur. Fevralın 27-də məhkəmə başlayır. Məni həkim komissiyasından keçirdilər. Hər şey qaydasındadır. Heç kəs mənə bir söz demir. Yerim istidir. Yeməyim vaxtında verilir”.
S. Musayev məktbuda diqqətini çəkən məqamı da vurğulayıb: 
“Məktubda Dilqəm yazıb ki, rayona gedəndə dədəmizə ərzaq aparım. Amma dədəmiz 80 yaşlı kişidir. Ona ərzaq lazım deyil. Bununla Dilqəm nəyəsə işarə verib. Qardaşım məktubda qeyd edib ki, ona şirniyyat məhsulları da göndərməyək. Bu bir üstüörtülü mesajdır”.
Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. 
Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Həmin məktubun fotosunu təqdim edirik:

Dilqəmin ailəsinə göndərdiyi yeni məktubda gizli mesaj

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024