Sosial (10-03-2015, 14:26)
Kəlbəcər girovlarının “məhkəmə qərarı” dəyişdirilmədi
Kəlbəcər rayonunda girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma `məhkəmə` prosesi başa çatıb
Bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər verir.
“Apelyasiya məhkəmə”si Kəlbəcər girovlarına qarşı qondarma məhkəmənin qəbul etdiyi qərarı dəyişməyib.
Qeyd edək ki, fevralın 26-da keçirilən “Apelyasiya məhkəməsi”ndə Şahbaz Quliyev və Dilqəm Əsgərov, həmçinin onların qondarma “vəkil”ləri də çıxış edib. Girovlarımız onlara qarşı səsləndirilən “ittihamları” qəti şəkildə rədd ediblər.
Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş “məhkəmə” prosesi yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025