Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-07-2016, 12:15)
Baş həkim rayondan qaçdı – İDDİA

Hüseynağa Həsənovun məzuniyyət adı altında Salyanı tərk etdiyi deyilir
Mediatv.az:  Bildiyiniz kimi, bir müddət əvvəl Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsində faciə sayıla biləcək hadisə qeydə alındı. Belə ki, Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayevanın dünyaya gətirdiyi üçəmlərdən ikisi ölüb. Doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb. Ailə isə üçəmlərin ikisinin ölümünə görə həkimləri ittiham edir. Üçəm dünyaya gətirən Mirzabitə Abdullayevanın anası Şəlalə Abdullayeva uşaqların həkimlərin səhlənkarlığı nəticəsində öldüyünü deyib: "Xəstəxanada işıqlar sönüb, uşaqlar oksigen çatışmazlığından küvezdə ölüb. Biz işıqlar sönəndə dedik ki, generatoru işə salın, amma bunu etmədilər. Səhər saat altıya işləyəndə uşaqların iksinin öldüyünü dedilər. Uşaqlar havasızlıqdan öldü». Qeyd edək ki, Salyan sakinlərinin böyük əksəriyyəti baş vermiş bu hadisədən sonra xəstəxananın baş həkimi Hüseynağa Həsənovun tutduğu vəzifədən xaric ediləcəyini gözləyirdi. Amma nə məsələdirsə, baş həkim hələ də işinin başındadır və onun barəsində heç bir tədbir görülməyib. Özəl mənbələrdən daxil olan məlumatlarda isə bildirilir ki, baş vermiş ölüm hadisəsindən sonra Hüseynağa Həsənov məzuniyyət adı altında rayondan qaçıb: «Baş həkim neçə gündür ki, işə çıxmır. Onun məzuniyyətdə olduğu bildirilir. Deyilənə görə, baş həkimə məzuniyyətə çıxmağı səhiyyə nazirinin müavinlərindən biri məsləhət bilib. Deyib ki, ara sakitləşənə kimi rayonda görünmə». Məlumatda deyilir ki, Hüseynağa Həsənov rayon sakinlərinin canını boğazına yığıb: «Salyan Rayon Mərkəzi Xəstəxanasında problemlər bir deyil, iki deyil. Demək olar ki, hər ay bədbəxt hadisələr baş verir. Həkimlərin məsuliyyətsizliyi və rüşvətə bulaşması acı nəticələrə səbəb olur. Buna görə də yerli camaatın baş həkimə qarşı münasibəti mənfidir». Başqa bir iddiaya əsasən, havadarları Hüseynağa Həsənovu Sabirabad RMX-yə transfer etmək istəyirlər. Amma baş həkimin özü bu təkliflə razılaşmayıb və Salyanı tərk edəcəyi təqdirdə, yalnız Bakıda işləmək istədiyini dilə gətirib. Bir sözlə, baş həkimin gələcək karyerası ilə bağlı durum hələ ki, müəmmalı olaraq qalır.(Xalqxeber.az)
Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik. 
шаблоны для dle 11.2

Xəbər lenti
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
10 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
9 05 2025
8 05 2025
8 05 2025
8 05 2025
8 05 2025