Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (4-08-2014, 21:28)
Şabran Mərkəzi Xəstəxanasında biabırçı olay...

 

Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat tibb bacısı işləyən Sevinc Mirzəyeva Prezident İlham Əliyevə ünvanladığı şikayət məktubunun surətini redaksiyamıza göndərib

Şikayətçi Şabran Rayon Mərkəzi Xəstəxanasında baş verən biabırçı olaylardan narazılığını qeyd edib: «Mən 1991-ci ildən Şabran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində əməliyat tibb bacısı işləyirəm. Avtoklavin və liftin istismarında əməyin mühafizəsi üzrə nümunəvi təlimatın tələblərinə əsasən ixtisaslaşdırılmış kurs keçdikdən sonra əməyin mühafiəzəsi üzrə təlimatlandırıldığımdan sonra avtoklavçı işləyirəm. İki il bundan əvvəl Şağran RMX-na cərrah kimi işə qəbul edilmiş Ramiz Həsənov 2014-cü ilin yazında Şabran RMX-nın cərrahiyyə şöbəsinə müdir təyin edilib. 

Özü ailəli olmasına baxmayaraq, xəstəxananın reanimasiya şöbəsində xadimə işləyən, Şabran şəhəri Sabir küçəsində yerləşənatası Mirqəzənfərin evində yaşamış Günayı qaçırdaraq Q.Qasımov küçəsində ona ev kirayələyərək saxlayır. Bir müddət əvvəl iş yerimə gəldikdə əməliyat otağının qan içində olduğunu gördüm. Sonradan məlum oldu ki, doktor Ramiz Həsənov mənə xəbərdarlıq etmədən əvəzimə əməliyyata təhsili olmayan, avtoklav üzrə təlimat və kurs keçməyə xadimə Günayı qeyri-qanuni olaraq, əməliyata buraxıb. Mən natəmizliyə və avtoklava daxil olması qadağan edilmiş şəxsin ora daxil olmasına irad tutaraq etirazımı bildirdim. Ramiz Həmənov isə mənə xadiməinin işini görməyə əmr etdi, mən isə imtina etdim. Bu hadisədən sonra Ramiz Həsənov mənimlə ədavət aparır».

S.Mirzəyevanın sözlərinə görə, həkim R.Həsənov özbaşınalıq edərək, təlimatın tələblərini pozaraq, avtoklavı öz işlədir, biksləri özü yığır, əməliyyat otağına təlimatlandırılmamış və əmrdən kənar 2 nəfər işçi götürüb. «Onlarndan biri reanimasiyada tibb bacısı işləyən Aynurədir, digəri isə əvvəllər onun tanışı olmuş Sumqayıtda yaşayan, tibb təhsili və təcrübəsi olmayan rəsmən işə qəbul edilməmiş Könül adlı şəxsdir. Hazırda əməliyatxananı xadimə Xırda idarə edir, qanunsuz işə götürdüyü adamlar isə alətlərin adlarını bilmir, aseptiki, antiıeptikadan ayıra bilmirlər. Bundan əlavə, sarğı otağında tibb təhsili və təcrübəsi olmayan xadimə Gülsümü işlədir. 

Bütün bunlar ona görədir ki, onun əxlaqsız hərəkətlərini görməyim. Mənim növbədə olduğum vaxt vacib olsa belə, xəstələrin həyatının təhlükəyə ataraq əməliyat eləmir. Ramiz Həsənova ondan şikayət edəcəyimi bi dirmişəm. Amma o «Mən naxçıvanlıyam, mənə heç kim heç nə edə bilməz» deyir. Ona görə də xahiş edirəm ki, Şabran RMX-nın cərrahiyyə şöbəsinin əməliyyat bloknda qanuna müvafiq rejimin bərqərar olunmasına və Ramiz Həsənovun əməllərinə CM-nini tələblərinə uyğun ölçü götürülməsi üçün lazımi addımlar atasınız», - deyə S.Mirzəyeva əlavə edib.

Məsələyələ bağlı Şabran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aslan Usubovla əlaqə saxladıq. Rusiyada istirahtdə olduğunu deyən baş həkim yuxarıda qeyd olunanlardan xəbərdar olduğunun bildir. Onun sözlərinə görə, bütün bunlar S.Mirzəyeva ilə həkim R.Həsənov arasında baş verən ədavət irəli gəlir. Məsələylə bağlı araşdırma aparılıb, hər hansı qanun pozuntusu aşkarlanmayıb.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024