Cəmiyyət (24-11-2015, 11:53)
“Azərbaycan dərman istehsal edəcək” - Əli Əhmədov
“Yaxın zamanlarda Azərbaycanın dərman istehsalı müəssisələri olacaq”.
Mediatv.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda dərman istehsalının təşkil edilməsi və müvafiq qurumların yaradılması gündəmdə olan məsələlərdən biridir:
“Çünki buna ehtiyac var və bunu da həyata keçirəcəyik. Təbiidir ki, Azərbaycanın dərman sektoru yalnız xaricdə istehsal olunan dərmanlar hesabına özünü təmin edə bilməz. Bu yöndə işlər aparılır və yaxın zamanlarda biz Azərbaycanın məxsusi dərman edən istehsal edən müəssisələrin yaradılmasına şahid olacağıq”.
Ə.Əhmədov deyib ki, Azərbaycan Prezidentinin sərəncamı ilə Nazirlər Kabineti nəzdində yaradılan Tibbi Sığorta Agentliyinə rəhbər təyin edilib. O, hazırda bu strukturun yaradılması istiqamətində işlərin aparıldığını deyib: “Bilirsiniz ki, bu struktur Azərbaycanda ilk dəfə yaradılır. Ona görə də həm hüquqi, həm də təşkilatı baxımdan görüləcək işlər var”.