Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (19-11-2015, 23:24)
NAZİR MÜAVİNİNİN OĞLU NECƏ TƏLƏBƏ OLDU? – MTN TQDK-ya da ciddi təsir edə bilib!

5768001-dxvfxMTN_4

Artıq bir aydır ki, ölkə gündəmini Milli Təhlükəsizlik Nazirliyində (MTN) baş vermiş ağılasığmaz cinayətlərin qurbanlarının şikayətləri, müraciətləri, müsahibələri və məlumatları zəbt edib.

Mediatv.az xəbər verir ki,  hər gün MTN-dəki bandanın iş adamlarının, sadə vətəndaşların, vəzifəli şəxslərin, hətta öz paqon yoldaşlarının başlarına acdığı oyunlara dair heyrət doğuracaq faktlar ortaya çıxır. Eldar Mahmudovun “GENERAL” bandasının əməllərinə dair yazılan məqalələr kəskin süjetli triller filmlərini xatırladır. Bu bandanın qan donduran cinayətləri var.
Bu baxımdan indi verəcəyimiz məlumat çoxları üçün sıradan bir hadisə kimi görünə bilər. Ancaq hər halda söhbət qanunsuzluqdan, cinayətdən gedir.

mtn_elchin__aliyev_1“AzPolitika.info”ya verilən məlumata görə, milli təhlükəsizlik nazirinin birinci müavini (artıq sabiq), Mahmudovun yaxın adamlarından biri olan general-mayor Elçin Əliyev oğlunu qeyri-qanuni yolla ali məktəb tələbəsi edib. Daha dəqiqi, E.Əliyev oğlu Seymur Əliyevin MTN-nin Akademiyasına saxta yolla daxil olmasına nail olub.
Bizə verilən məlumata görə, Elçin Əliyevin oğlu test imtahanlarında yetərli bal yığa bilməyib. Ancaq general imtahandan bir ay sonra TQDK-da oğluna yüksək bal yazdıra bilib. Hazırda Elçin Əliyevin oğlu akademiyanın birinci kurs tələbəsidir.

Bu saxtakarlıqdan TKDK sədri Mələykə Abbaszadənin xəbəri olub-olmadığını söyləmək çətindir. Ancaq şübhə yoxdur ki, Elçin Əliyevin oğlu test imtahanlarındakı balını artırmaq üçün MTN-çi bandanın gücündən istifadə edib. Bu güc o qədər böyük idi ki, nəinki kimisə saxta yolla hansısa ali məktəbə yerləşdirməyə, hətta nazirlərdən aylıq milyonlarla dollar “haqq” almağa qadir idi. Bu baxımdan MTN-nin Akademiyasında çoxlu sayda belə saxta yolla tələbə olanların oxuduğu istisna deyil. Onları da təmizləmək lazımdır.

Qeyd edək ki, bir həftə əvvəl Prezidentin sərəncamı ilə Elçin Əliyev vəzifəsindən azad edilib. Oğlu necə, saxta yolla daxil olduğu Akademiyadan qovulacaqmı?

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024