Karusel (26-10-2015, 08:52)
Eldar Mahmudovun şəriki və qohumu işdən qovuldu
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun daha bir yaxın adamı vəzifəsini itirib.
Aznews.az xəbər verir ki, hakim komandaya xəyanətdə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunaraq işindən uzaqlaşdırılan nazirin yaxın adamı, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov tutduğu postdan azad edilib. Məlumata görə, Ə.Talıbovla başçı arasındakı münasibətlər əvvəldən soyuq olub. Belə ki, müavini rayon rəhbərini saymayıb, lakin E.Mahmudovla qohum olması səbəbindən vəzifəsindən uzaqlaşdırılmayıb.
Qohumluq əlaqələrindən başqa biznes ortaqlığı başçı müavinini daha böyük səlahiyyət sahibi edib. Belə ki, Ə.Talıbovun Suraxanı ərazisində Mahmudovla şərikli obyektləri, o cümlədən Hövsanda ticarət mərkəzləri var. Lakin Mahmudov vəzifədən çıxarılandan 2 gün sonra onun bütün səlahiyyətləri əlindən alınıb.
Məlumat üçün bildirək ki, Ə.Talıbovun kapitan rütbəli oğlu Talıb Talıbov MTN-də işləyir. İstintaq zamanı onun da əməllərində xeyli qanun pozuntuları aşkarlanıb və "qara siyahıya" salınıb.
Qeyd edək ki, oktyabrın 17-də Prezident İlham Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad olunub. Digər sərəncamla Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi Mədət Quliyev Milli Təhlükəsizlik nazirinin birinci müavini təyin edilib və nazir səlahiyyətləri M.Quliyevə həvalə edilib.
E.Mahmudovun işdən azad edilməsindən sonra nazirliyin 6-sı general olmaqla 13 yüksək vəzifəli əməkdaşı nazirlikdəki postundan uzaqlaşdırılıb.
Onu da bildirək ki, oktyabrın 20-də Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli zabitlərinin həbsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində nazirliyin bir qrup əməkdaşı tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və qanunla qorunan mənafelərinin pozulmasında əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin müvafiq qərarları barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024