Mediatv.az-ın Criminal.az-a istinadən məlumata görə, bu gün metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında zabit özünə məxsus avtomobili park edib.
Yaxınlıqdakı polis əməkdaşı maşını həmin yerdə park etməyin qadağan edildiyi barədə xəbərdarlıq edib. Lakin ordu zabiti ona əhəmiyyət verməyib. Yol polisi isə evakuator çağıraraq hərbçinin avtomobilini cərimə meydançasına aparmaqla cəzalandırmaq istəyib. Elə bundan sonra baş leytenantla polis arasında münaqişə başlayıb.
Hərbçi maşını evakuatordan aşağı salmağa tələb edib, polis isə onun dediyini yerinə yetirmək istəməyib. Bir-birilərini söyüşlərlə təhqir ediblər. Sonrda isə zabit istədiyinə nail olub. Maşını yol polisindən alaraq ərazini tərk edib.