Cəmiyyət (2-12-2014, 18:50)
Polislə vətəndaş arasında daha bir insident yaşanıb
Bakıda yol polisilə aralarında insident yaşanan vətəndaş Zaur Əliyev avtomobilinin cərimə meydançasına aparılmadığını bildirib
"Mediatv.az" xəbər verir ki, onun ans press-ə verdiyi məlumata görə, əslində yol polisi Natiq Mövlayev onunla kobud rəftar edib.
“Mən məhləmizdə maşını saxlamışdım. Bu zaman həmin yol polisi gəldi və maşının düzgün saxlamadığımı bildirdi. Daha sonra maşını cərimə meydançasına aparacağını bildirdi. Çox kobud danışırdı. “Qudurmusuz, sizi başa salmaq lazımdır”, - deyə üstümə qışqırdı. Düşündüm ki, yaşlı adamdır. Onunla mübahisə etməyim. Bu səbəbdən atamı çağırdım”, - deyə Zaur Əliyev bildirib.
Onun sözlərinə görə, hadisə yerinə atası Azad Əliyev gəlsə də, yenə də mübahisə həll olunmayıb. Əksinə vəziyyət daha da gərginləşib. Sürücünün atası bildirdi ki, məsələni araşdırmaq üçün həyətə düşüb. Lakin yol polisi bu dəfə də onu təhqir etməyə başlayıb.
“Onunla görüşəndə soruşdum ki, nə məsələdir. Mənə dedi ki, “Qudurmusuz, harınlamısız. Oğluna tərbiyə verə bilmirsən”. Dedim ki, əgər qayda pozub, cəriməsini yaz. Daha niyə təhqir edirsən? Bu dəfə məni sinəmdən itələdi”, - deyə Azad Əliyev bildirib.
Azad Əliyev yol polisi Natiq Mövlayevə erməni deməsinin səbəbini də belə izah edib: “Həmin gün qonşumuzun oğlu rəhmətə getmişdi. Mən hüzr yerindəydim. Polisə də elə belə dedim ki, hüzrdən gəlirəm. Məclis qalıb orda. Əgər qayda pozuntusu varsa cəriməni yaz ödəyərik. Əvəzində yol polisi də qayıtdı ki, “sən hüzrdən gəlirsən, mən də toydan gəlirəm. Neynim?”. Mən də ona dedim ki, müsəlman deyilsiz, ermənisiz. Əslində heç kim ona xahişə görə zəng-filan etməyib. Əksinə məndən xahiş ediblər ki, məsələni böyütməyim. Amma mən məsələnin sonuna qədər gedəcəyəm. Bizi təhqir etdiyi üçün mütləq cavab verəcək”.
Azad Əliyev onu da vurğulayıb ki, maşın cərimə meydançasına da aparılmayıb. Və şikayəti də yol polisi yox, onlar ediblər: “Baş prokurora, daxili işlər nazirinə və digər aidiyyatı şəxslərə müraciət etmişik. Qoy kameralar yoxlanılsın. Onun nə ixtiyarı var ki, vətəndaşı təhqir etsin”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024