Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-11-2015, 19:17)
İcra başçısı ilə əlbəyaxa olan məmur işdən çıxarıldı


 

Sumqayıtda "yarpaqtökümü" davam edir. Əldə etdiyimiz məlumata görə, şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seyfəddin Rəhimov işdən azad edilib.
Mediatv.az xəbər verir ki, Moderator.az-a verilən məlumata görə baş məsləhətçi yaşına görə təqaüdə göndərilib. Xatırladaq ki, indiyə kimi 4 icra başçısı yola salan Seyfəddin Rəhimov şəhər miqyasında ciddi fiqur kimi tanınırdı. Yəni şəhərə gələn hər təzə rəhbər onun "xətrinə" dəyə bilmirdi. Hələ  bir neçə il öncə şəhərə icra başçısı təyin olunan Eldar Əzizov "ehtyatsızlıq" edib Seyfəddin müəllimin kefinə dəydiyi üçün hətta ikisinin arasında əlbəyaxa dava da olub. Nəzərə  çatdırım ki, Seyfəddin Rəhimov əvvəllər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə müavini vəzifəsində də çalışıb. O icra strukturunda uzun müdfət işləyən məmurlardandır.
Qeyd edək ki, Zakir Fərəcov başçı təyin edildikdən sonra onun birinci müavini Rövşən Sadıxov, Qaz İstismar İdarəsinin rəisi Malik Cəbrayıliv, Su-Kanal İdarəsininr rəisi Həmdulla Əliyev,  Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov və Polis İdarəsinin rəisi Sahib Mirzəyev də vəzifələrinə  "əlvida" deyiblər. "Sağollaşmalar" davam edir...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024