Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (15-02-2014, 22:50)
Oqtay Əsədovun qudası partlayan obyektindən imtina edir?!

"Azadlıq prospekti” metro-stansiyası yaxınlığında, Süleyman Sani Axundov küçəsində partlayan yarımçıq tikilinin Binəqədi rayonunun keçmiş, Samux rayonunun hazırkı icra başçısı Alı Qocayevin olması barədə "Axar.az”a Binəqədi rayon rəsmiləri məlumat vermişdi.

Məsələ ilə bağlı Alı Qocayevlə əlaqə saxlamağa cəhd etdik. Samux rayon İH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova "Axar.az”ın əməkdaşına icra başçısının iş başında olduğunu bildirsə də, məsələnin mahiyyətini bildikdən sonra Alı Qocayevin tədbirdə olduğunu bildirdi.

Xanım müavin bildirdi ki, bu məsələ Samuxla bağlı olmadığı üçün o, heç nə deyə bilməyəcək və icra başçısına zəng barədə məlumat verəcək.

Alı Qocayevin mobil telefonuna özünü başçının sürücüsü kimi qələmə verən şəxs də bildirib ki, Alı Qocayevə bu barədə məlumat verəcək.

Qeyd edək ki, Alı Qocayev 2012-ci il 12 aprel tarixinə qədər Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb və həmin tarixdə Prezidentin sərəncamı ilə Samux rayonuna icra başçısı göndərilib. Partlayış nəticəsində dağılan tikintinin Alı Qocayevə məxsus olduğu bildirilsə də, icra başçısı üzə çıxmır.

Xatırladaq ki, Binəqədi rayon icra hakimiyyətindən verilən məlumatda bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qərarı ilə Alı Qocayevə məxsus obyektin tikintisinin tamamlanmasının dayandırıldığı qeyd olundu.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024