Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-11-2015, 13:50)
Bakıda növbəti maaş etirazı

Bakıda növbəti maaş etirazı

 

Bir neçə aydır ödənilməyən əmək haqlarını tələb edən «Azərinşaat» şirkətinin əməkdaşları növbəti dəfə etiraz aksiyası keçirmək məqsədilə baş ofisin qarşısına toplaşıblar. Aksiyadan xəbər tutan Binəqədi rayon Polis Bölməsinin əməkdaşları yürüşə başlamaq hazırlığında olan fəhlələrə mane olublar. Hazırda Binəqədi Rayon Polis Bölməsinin əməkdaşları “Azərinşaat” şirkətinin binasındadırlar.

Mediatv.az-ın məlumatına görə, bu haqda məlumatı Cebhe.info-ya “Azərinşaat” şirkətinin işçilərindən biri Seymur Ələsgərov verib. O, qeyd edib ki, “Azərinşaat” ın texniki departamentinin direktoru Hacı Rəcəb Heydərov fəhlələrin əmək haqlarının dünən veriləcəyinə dair söz versə də, vədinə əməl etməyib. Bu səbəbdən fəhlələr yenidən etiraz aksiyasına başlayıblar.  120 nəfərdən ibarət aksiya iştirakçıları “Azərinşaat”şirkətinin baş ofisi qarşısından, yəni “Dərnəgül” Ticarət Mərkəzinin yanından başlayaraq, “Azəryolservis”ə, oradan isə Prezident Aparatına doğru yürüş etməyi nəzərdə tutmuşdular.  Qeyd edək ki, şirkətin rəhbəri Məhəmməd Əli Alkan Türkiyə vətəndaşıdır və hazırda Azərbaycanda deyil. Şirkətin 1500 əməkdaşının 4 aydır maaş almadığı bildirilir. Şirkət işçiləri 5 gün əvvəl də əmək haqlarının verilməməsinə etiraz olaraq keçirib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024