Sosial / Slayd (9-09-2015, 15:06)
Abid Şərifovun şirkətinin işçiləri aksiya keçirdi – Pullarını istəyirlər
Bu gün səhər saat 8: 15-də Ələt-Astara avtomobil yolunu inşa edən “EVRASCON” şirkətinin 400 nəfərə yaxın fəhləsi etiraz aksiyası keçirərək Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində Kür çayı üzərindəki körpüdə avtomobillərin hərəkətini dayandırıb.
Yolçəkən fəhlələrin tələbi 5 aydır ki, almadıqları əmək haqlarının ödənilməsidir. Aksiya 1 saatdan artıq davam edib. Hadisə yerinə gələn Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının etirazçılarla apardıqları danışıqlardan sonra onlar yoldan çəkiliblər.
Aksiya iştirakçılarından saxlanılan olmayıb.
Fəhlələrlə görüşən şirkət nümayəndələri isə gün ərzində onların əmək haqlarının ödənilməsinə başlanacağına söz verib. Aksiya 1 saatdan artıq davam edib.
Qeyd edək ki, mediada “EVRASCON” şirkətinin Baş nazirin müavini Abid Şərifova məxsus olduğu bildirilir. Abid Şərifovun həyat yoldaşı da şirkətin səhmdarları arasında yer alır.
Abid Şərifov özü isə şirkətin qardaşına məxsus olduğunu bildirib.
Bir müddət əvvəl isə “Evrascon” şirkətinin Qazaxıstanda Almatı-Kokpek-Çunca-Koktal-Xorqos yolunun bərpası layihəsinin həyata keçirilməsi zamanı 15 milyon manat həcmində zərərə düşdüyü bildirilir. Bu üzdən də əmək haqqıları verə bilmədiyi deyilir.
Vaqif