Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (28-10-2015, 16:15)
Anar Məmmədov ABŞ-da nə qədər pul xərcləyib?

Bakının Vaşinqtondakı lobbiçilik fəaliyyəti zəifləyir

 

Mediatv.az xəbər verir ki, neftin qiymətinin kəskin enməsi fonunda Amerika paytaxtındakı lobbiçilər özlərinin səxavətli müştərilərini – Azərbaycanı itirməyə doğru gedirlər.

Belə ki, neft gəlirlərinin azalması ilə Azərbaycanın pulları sayəsində lobbiçilik kəskin şəkildə zəifləyib. Bunu Azərbaycanla sıx əməkdaşlıq edən üç keçmiş lobbiçi deyib.

Adlarının açıqlanmasını istəməyən mənbələr qeyd edirlər ki, bu yaxınlarda ölkə hay-küylü və bahalı lobbiçilik kampaniyası keçirib. Məsələn, Azərbaycan-Amerika-Alyansı (AAA) 2011-2014-cü illərdə Vaşinqtonda $ 10 mln.-a yaxın xərcləyib. Bu, lobbiçilik fəaliyyətini qeydiyyata alan Ədliyyə Nazirliyinin qeydlərini izləyən Sunlight Fondunun məlumatıdır.

Fondun məlumatına görə, Fabiani & Co şirkəti Vaşinqtonda AAA-nın əsas podratçısı olub. Lakin gələn aydan firma lobbiçiliyi dayandırmağı planlaşdırır.

Qeyd edək ki, Azərbaycan Amerika Alyansının Fabiani & Co-nun yerləşdiyi ünvanda yerləşən ofisi sentyabr ayından bağlıdır, Alyansının saytındakı telefon nömrəsi isə cavab vermir.

AAA-nin təsisçisi, Azərbaycan nəqliyyat nazirinin oğlu, 34 yaşlı milyonçu Anar Məmmədov 2011-ci ildən AAA rəhbərliyindəki fəaliyyətilə əlaqədar xarici ödəyici kimi uçota alınıb. “Lakin artıq o, xarici lobbiçi sayılmır”, – ABŞ Ədliyyə Nazirliyindən Turan-ın müxbirinə bildirilib.

A.Məmmədovun şəxsi səhifəsində onun sentyabrın əvvəlində Vaşinqtona səfər etdiyi bildirilib. Lakin üç müxtəlif mənbə məlumat verib ki, bu ilin əvvəlindən o, ABŞ paytaxtında olmayıb.

2014-cü ildə A.Məmmədov Fabiani & Co-ya arardırma üçün $ 2,4 mln. ödəyib. Bu araşdırmalara görə, Azərbaycan “ABŞ-da nüfuzu satın alan” xarici hökumətlərin ilk onluğuna daxildir.

2015-ci ildə Alyans ABŞ-da lobbiçilik layihələrinə $ 1,3 mln. xərcləyiblər, rəsmi mənbələr bildiriblər.

Opensecrets.org saytının məlumatına görə, Azərbaycan hökuməti rəsmi kanal vasitəsilə ABŞ paytaxtında lobbiçilik üzrə öz səylərini davam etdirir.

2015-ci ilin əvvəlində səfir Elin Süleymanov Podesta Group Inc. Lobbi təşkilatı ilə ictimaiyyətlə əlaqələr üzrə xidmətin göstərilməsinə dair saziş imzalayıb. olub, ABŞ Ədliyyə Nazirliyinin saytı bildirib.

Bu xidmətlər 2015-ci il fevralın 1-dən dekabrın 31-dək göstərilib. Azərbaycan buna görə hər ay 25,000 dollar ödəməlidir. Bundan əlavə, əlavə xidmətlərə görə xərclər də nəzərdə tutulub, müqavilədə bildirilib.

Azərbaycan hökumətinin Vaşinqtonun ən nüfuzlu şəxslərinə çıxmasına zəmanət verən Podesta 2014-cü ildə Azərbaycan səfirliyindən ən azı 600 min dollar, üstəlik “əlavə xidmətlərə” görə hər ay $ 10,000 alıb, Ədliyyə Nazirliyinin saytı bildirib.

Amerika qanunveriicliyinə görə, xarici hökumətlərin lobbiçiləri və onların vasitəçiləri öz gəlirlərini və fəaliyyətlərini açıqlamalıdırlar. Bu ciddi tələbləri tənzimləyən qanun FARA adlanır və 1938-ci ildə qəbul edilib.

Odur ki, ötən ilin əvvəlində Podesta öz hesabatında firmanın Azərbaycan hökumətinin adından təşəbbüs göstərdiyi onlarla əlaqənin, telefon zənglərinin, şəxsi görüşlərin siyahısını sadalayıb.

Təkcə 2013-cü ildə Podesta Konqresin onlarla ofisi, KİV, universitetlər, araşdırma mərkəzləri ilə əlaqə saxlayıb.

“Məndən tez-tez soruşurlar: məgər sizin etdikləriniz Azərbaycan səfirliyinin işi deyilmi, bəs onlar özləri nə ilə məşğul olurlar?”, – adının çəkilməsini istəməyən lobbiçi deyib.

Bununla belə, 2014-cü ildə Azərbaycan səfirliyi Vaşinqtonda müxtəlif lobbi təşkilatları ilə üç müqavilə imzalayıb. Bura Patton Boggs və başqaları da daxildir.

ABŞ siyasətçilərinə xarici hökumətlərdən pul qəbul qəbul etmək qadağan olunub. Odur ki, lobbiçilər çox vaxt başqa yollardan istifadə edirlər. Belə ki, lobbiçi qrupunun köməyilə SOCAR 2013-cü ildə konqresmenlərdən ibarət böyük qrupun Bakıya səfərini maliyyələdirib.

2014-cü ildə SOCAR “əsas işgüzar müttəfiqlərlə qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və cəlb edilməsi üzrə strateji və texniki tövsiyələrin təminatı” üçün Roberty White qrupunu tutub.

2015-ci ilin iyulunda SOCAR iki lobbiçi qrupla – “30 Point Strategies, LLC,” və Global Policy Initiatives ilə müqavilə imzalayıb. Məqsəd ABŞ hökumətilə qarşılıqlı münasibətlər və ictimai əlaqələr sahəsində” tövsiyələrin hazırlanması olub. Bundan ötrü SOCAR hər ay 25 min dollar ödəyir, ABŞ Ədliyyə Nazirliyi bildirib.

Nə qədər ki SOCAR lobbiçilikdə əsas rol oynayır, bəzi “ənənəvi” oyunçular, məsələn, Bakıda olan Renaissance Associates biznes qrupu 2015-ci ildə lobbiçilik xidmətləri üzrə öz müqavilələrini məhdudlaşdırıb.

Məhz bu qrup 2006-cı ildə prezident İlham Əliyevin Ağ Evə səfərini təşkil edib və ABŞ-ın tanınmış “Bob Lawrence & Associates” lobbiçilik şirkətinin uzunmüddətli tərəfdaşıdır.

Maraqların lobbiləşdirilməsi ABŞ-da qanunsuz fəaliyyət hesab edilmir. Bununla analitiklər və jurnalistlər də məşğul olurlar. Bu, xidmət məsələsidir. Azərbaycan kimi neftlə zəngin olan kiçik ölkələr bu vəsaitləri öz vətəndaşlarına sərf etmək əvəzinə özlərinin dedikləri kimi “dövlətçilik” maraqlarını irəlilətmək üçün lobbiçilərə xərcləyirlər. Onlar neft gəlirlərinin məhz həmin ölkələrin vətəndaşlarına xərclənməsi barədə lobbiçilərin fikir yaratmaları üçün lobbiçilərə pul ödəməyə üstünlük verirlər.

Qeyd edək ki, Vaşinqtonda azərbaycanlı diplomatların və “analitik”lərin lobbiçilik fəaliyyəti haqda zarafatlar da var.

Azərbaycanı çoxdan müşahidə edən şərhçilərdən biri öz təəssüratlarını Turan-ın müxbiri ilə bölüşüb.

“Əgər azərbaycanlı diplomatlardan soruşsanız ki, onların ölkəsində nə baş verir, onlar Rusiya və İrandakı fitnə-fəsadlardan, orada nələrin baş verdiyindən danışacaqlar. Əgər siz bir daha onların öz ölkəsi haqda soruşsanız onlar Ermənistanda yaşamağın necə də pis olduğunu deyəcəklər. Əgər soruşsanız ki, Azərbaycanda vəziyyəti düzəltmək üçün nə etmək lazımdır, deyəcəklər ki, Amerika Azərbaycanda vəziyyətin düzəlməsinə çalışmır”. (contact.az)

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024