Siyasət / Slayd (12-05-2014, 11:23)
Elnur Aslanovla Elşad İsgəndərovun nurçularla birgə layihələri vardı”
Bu sözləri İstanbulun Kadır Has Universitetinin professoru, politoloq Midhat Çelikpal deyib
“Mən Elnur Aslanovla Elşad İsgəndərovun Azərbaycanda vəzifədən çıxarıldıqlarını bilirəm.
Mənə məlum olduğuna görə, bu iki şəxsin “Gülən camaatı”nın fəalları ilə çox sıx dostluq münasibətləri və birgə layihələri var idi. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya səfər edəndə mətbuatda belə məlumat yayıldı ki, bizim baş nazir Azərbaycan hakimiyyət orqanlarına nurçuların adlarının olduğu xüsusi siyahı verib. Türk xüsusi xidmət orqanları bu xüsusi siyahını Ərdoğanın onu rəsmi Bakıya təqdim etməsi məqsədilə hazırlamışdısa, deməli, buna çox ciddi əsaslar olub.
Yadınıza salın ki, Türkiyə hökuməti əvvəlcə hərbçilərlə mübarizəyə başlamışdı, indi isə gülənçiləri əsas hədəf kimi seçib. Görünür, Türkiyə hakimiyyətində nurçular sektasının Azərbaycanda geniş və dərin şəbəkə qurması barədə hansısa ciddi məlumatlar olub”.
Mediatv.az bildirir ki, bu sözləri virtualaz.org saytının müxbiri ilə söhbətində İstanbulun Kadır Has Universitetinin (Kadir Has University) professoru, politoloq Midhat Çelikpal deyib.
Türkiyəli alimin sözlərinə görə, Fətullah Gülənin sektasının ABŞ xüsusi xidmət orqanları ilə sıx bağlı olması hamıya məlum olan faktdır: “Bu fakt Türkiyə hakimiyyətinə də yaxşı məlumdur. Lakin sual olunur: Türkiyə hakimiyyəti bu haqda indiyə qədər niyə susurdu? Yaxud Azərbaycanı götürək. Hamıya məlumdur ki, gülənçilər Azərbaycanın neft şirkətləri və layihələrinə ABŞ-da uzun müddət lobbiçilik ediblər. Beləliklə, Azərbaycanın enerji şirkətlərinin əlaqələri gülənçilərlə orada kəsişirdi. Unutmaq olmaz ki, Gülənin sektası xaricdə lobbiçilik işi qurmaqda, bu cür fəaliyyəti təşkil etməkdə çox peşəkardır. Nurçular ABŞ-da o qədər gücləniblər ki, senatorlara, hətta indi də çox ciddi şəkildə təsir göstərə bilərlər. Yəni gülənçilər ABŞ-da çox güclü və şaxələnmiş böyük şəbəkəyə malikdirlər”.
M.Çelikpal Bakıda gülənçilərə basqıların gələcəkdə də davam edib-etməyəcəyinin mümkünlüyü barədəki suala belə cavab verdi ki, görünür, baş nazir Ərdoğan rəsmi Bakıdan onların Azərbaycana təsirlərini mümkün qədər azaltmağı xahiş edib. Lakin politoloqun sözlərinə görə, gülənçilər də Azərbaycandakı mövqelərini bu asanlıqla əldən verməyəcəklər.
Ərdoğan hökumətinin xarici siyasət kursunun qarşısında dayanan vəzifələri şərh edən professor M.Çelikpal qeyd etdi ki, Ankaranın siyasətinin məqsədi Türkiyənin əsas və nüfuzlu oyunçulardan biri olacağı bir regional münasibətlər sistemi yaratmaqdır: “Məlum olduğu kimi, Azərbaycan Türkiyənin ən sadiq və etibarlı müttəfiqlərindən biridir. Türkiyənin Gürcüstanla da əla münasibətləri var. Amma Ermənistan Türkiyənin regionla bağlı planlarının reallaşmasının qarşısında maneə kimi dayanmaqda davam edir. Doğrudur, bəzən Türkiyə ilə Azərbaycanın maraqları da üst-üstə düşmür. Belə hallar da olur. Amma bu iki ölkə bir məsələdə həmişə eyni mövqedən çıxış edir: Ermənistanın Cənubi Qafqazdakı layihələrdə, istər Bakı-Tiflis-Ceyhan neft kəməri, istərsə də Bakı-Tiflis-Qars dəmiryol xətti layihələrində iştirak etməsinə imkan verməmək. Daha bir əsas məsələ var. Bu da odur ki, rəsmi Bakı Türkiyə-Ermənistan yaxınlaşmasının baş tutmaması üçün əlindən gələni edir. Azərbaycan bununla bağlı Türkiyə ictimaiyyətinə təsir göstərir. Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə iş görən nəhəng sərmayədardır. Türkiyə-Ermənistan əlaqələrinə gəlincə isə mən bunun perspektivini görmürəm, münasibətlərin normallaşması prosesi dayanıb”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024