MTN-in Antiterror Mərkəzinin qulluq mövqeyindən sui-istifadə etməkdə ittiham olunaraq həbs edilən sabiq rəis müavini, polkovnik İlqar Əliyev apelyasiya şikayəti verib.
Mediatv.az xəbər verir ki, virtualaz.org saytının əldə etdiyi məlumata görə, İlqar Əliyev ona qarşı irəli sürülən ittihamlarla razı deyil və barəsindəki məhkəmə qərarından şikayət etməyə hazırlaşır.
Xatırladaq ki, MTN-in 7 əməkdaşına qarşı CM-in 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Onlar barədə məhkəmə qərarı ilə həbs-qətimkan tədbiri seçilib.