Cəmiyyət (22-10-2015, 16:36)
QMİ Rusiyanın İŞİD-ə qarşı müharibəsini dəstəklədi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Rusiyanın Suriyada İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı əməliyyatlarını dəstəkləyir.
Mediatv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə QMİ-nin rəhbəri Allahşükür Paşazadə bildirib.
"Bu gün xaricdən və ya daxildən müəyyən qüvvələr tərəfindən yayılan dini fanatizm və radikalizmə müqavimət göstərmək olduqca əhəmiyyətlidir. Onlar bizim məkanı sonrakı hədəf kimi görürlər və sabitliyimizə təhdid yaradan terrorçuların planlarını pozacaq qabaqlayıcı tədbirlərin görülməsi vacibdir", - A.Paşazadə Ufada keçirilən "XXI əsrin təhsil məkanında islam idealları və dəyərləri" VIII beynəlxalq elmi-praktiki konfransın açılışı zamanı bildirib.
Onun sözlərinə görə, Qafqaz müsəlmanları Rusiyanın beynəlxalq terrorla mübarizəsini, öz əməlləri ilə İslamı terror, zorakılıq ilə əlaqələndirərək, onu dünya ictimaiyyətinin gözündən salan İŞİD kimi təhülkəinin məhv edilməsinə yönələn əməliyyatlarını dəstəkləyir.
"Ekstremizm və radikalizmə yalnız dövlətlərin, ictimai-siyasi xadimlərin və dini qurumların birgə səyləri vasitəsilə müqavimət göstərmək olar”- QMİ sədri əlavə edib.