Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (15-10-2015, 16:41)
Azərbaycanda işsizlərin sayı açıqlandı

Bu il oktyabrın 1-i vəziyyətinə ilkin məlumatlara Azərbaycanda əsasən iqtisadi fəal əhalinin sayı 4 milyon 891,6 min nəfər olub, onlardan 4 milyon 656,1 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Mediatv.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il sentyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 509,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880 min nəfər, qeyri-dövlət sektorunda isə 629,8 min nəfər təşkil edib.

“İqtisadiyyatın neft sektorunda 34,9 min nəfər, qeyri-neft sektorunda isə 1474,9 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,9%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,7%-i tikinti, 6,5%-i emal sənayesi, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i mədənçıxarma sənayesi, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 22,1%-i təhsil, 18,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 1%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar” - deyə komitədən qeyd edilib.

Komitəədn bildirilib ki, bu ilin yanvar-avqust aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,3 saat təşkil edib.

Bu il oktyabr ayının 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29 min nəfər olub, onların 38,6%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 255,4 manat olub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024