Karusel (13-11-2014, 21:17)
Ölkədə 1 milyondan çox muzdlu işçi var
Azərbaycanda iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1 milyon 507 min 4 yüz nəfərdir. Dövlət Statistika Komitəsindən “Həftə içi”nə verilən məlumata görə, onlardan 883,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 623,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərir. Muzdla işləyənlərin 22,2 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,7 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,1 faizi tikintidə, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olurlar.
Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 441,6 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Sevinc