Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-10-2015, 11:40)
Sumqayıtın macərapərəst oliqarxı – Akif Əsgərov

Və ya Telekommunikasiya Qovşağından gələn qırıq-qırıq səslər

Mediatv.az xəbər verir ki, Sumqayıt şəhər bir qrup sakini tərəfindən Jam.az-a şikayət məktubu göndərilib. Məktub müəllifləri şəhər Telekommunikasiya Qovşağının fəaliyyətindən narazıdır. Onların sözlərinə görə adıçəkilən qurumda vətəndaşlara xidmət əvəzinə özfəaliyyətlə məşğuldurlar.

Ötür-ötür oyunu və gedər-gəlməzə göndərilən şikayətçilər

Redaksiyamıza müraciət edən bir qrup şəhər sakini telefon xətlərində yaranmış roblemin günlərcə həll olunmadığını bildirir. Şəxsi məlumatlar olduğundan abunəçilərin telefon nömrələrini qeyd etmirik. Ancaq cumhuriyyet.az-a daxil olan şikayətdə telefon xətlərində yaranmış problemlə bağlı Sumqayıt şəhər Telekommunikasiya Qovşağında baş verən proseslər ətraflı təsvir olunur:

“Müvafiq qovşağın təmir şöbəsinin 0186551212 nömrəli telefonuna zəng edirik. Məlahətli səsli xanım şikayəti qeydə alır və gün ərzində problemin həll olunacağını bildirir. Ancaq nəinki həmin gün, hətta ertəsi gün də problem aradan qalxmır. Yenidən həmin nömrə ilə əlaqə saxladıqda isə 0186553480 nömrəsinə zəng vurmağı məsləhət görürlər. Burdan da yenə eyni qaydada və eyni məlahətli tonla “şikayətiniz qeydə alınıb, gün ərzində problem aradan qaldırılar” deyilir. Yenə günlər ötür və vəziyyət dəyişmir. Bu dəfə artıq həmin məlahətli səslə ciddi şikayət tonunda danışanda “haqlısız, amma biz neyləyə bilərik, biz yazmışıq ki təmir briqadası göndərilsin. Siz rəis müavini ilə əlaqə saxlayın nömrəsi budur: 0186420050”.

Bax belə 4-5 günlük ötür-ötür oyunundan sonra vətəndaş gedər-gəlməzə göndərilir. Çünki son verilən telefon nömrəsi heç vaxt zənglərə cavab vermir.

Vəzifə yolçuluğuna çıxıb itkin düşən rəis

Bütün bu problemlər haqda yazan sakinlər onu da bildirir ki, Telekommunikasiya Qovşağının rəisinin qəbuluna düşə bilmirlər. Onların sözlərinə görə, qovşaq rəisini iş yerində tapa bilmirlər. Gah xəstə olduğu, gah işdə olmadığı, gah da tədbirlərdə olduğu bildirilən qovşaq rəisinin üzünə həsrət qalan sakinlər hara müraciət edəcəklərini bilmirlər. Onların sözlərinə görə, bir çox hallarda Akif Əsgərovun tabeliyində olan kiçik rəislər tərəfindən qəbul olunsalar da, problemləri həllini tapmır. Çünki istənilən məsələdə son sözü Akif Əsgərov təsdiqləməlidir. Deyəsən, qovşağın işçiləri də sakinlər kimi rəis həsrətindədirlər. Belə olmasaydı, adıçəkilən qovşaqda kollektivdaxili narazılıqlar baş qaldırmazdı. Deyəsən, Akif Əsgərovun başı çox «mühüm» işlərə qarışıb. Deyilənlərə görə, daha böyük vəzifə iddiasına düşən qovşaq rəisi neçə ildir ki, dinclik tapa bilmir. İştahası böyük olan Akif Əsgərov «Aztelekom»a rəhbər gətiriləcəyi günü səbirsizliklə gözləyir. Sumqayıt sakinlərinə tövsiyəmiz odur ki, Akif Əsgərovun başının daha «mühüm» işlərə qarışdığını anlasınlar. Ona görə də, qovşaq rəisi ilə görüşlərini qısa müddətə təxirə salsınlar.

Fərhad Əliyevlə başlayan karyera yolu

Akif Əsgərovun vəzifə iddiası bir yana, bəs onun bu günə qədər keçib gəldiyi fəaliyyət yolu nədən xəbər verir. “İtkin rəis”lə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı ilginc məqamlar ortaya çıxıb. Məlumat üçün bildirək ki, A.Əsgərovun bir oliqarx kimi yüksəlişi məşhur “Bayva”dan başlayıb və Əli Bayramlı şöbəsinin rəhbəri olarkən 22 rayonun enerji ilə təchiz olun-masına cavabdeh olub. Deyilənə görə, o, həmin postunda “Azərenerji” səhmdar cəmiyyətinin prezi-denti Etibar Piriverdiyevlə yola getməyib. Hətta E.Piriverdiyev onu işdən çıxarmaq üçün uzun müd-dət fakt axarışına çıxıb. Nəhayət, o, Akif Əsgərovu işdən azad etmək üçün çox maraqlı gedişlərə əl atıb və onu işdən azad edə bilib. Belə ki, hazırda Sumqayıt Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyən A.Əsgərovun şöbədəki maxinasiyalarını elə öz işçilərindən biri vasitəsi ilə əldə edə bilib. “Azərenerji” prezidentinin A.Əsgərovu belə çətinliklə işdən azad etməsinin kökündə isə o zamankı iqtisadi inkişaf naziri Fərhad Əliyevin durduğu iddia olunur. Deyilənlərə inansaq, Akif Əsgərov Fərhad Əliyevin “komandası”nın inanılmış və sadiq üzvülərindən biri olub. Amma E.Piri-verdiyevin A.Əsgərovu faktla işdən çıxarması qarşı tərəfi susmağa məcbur edib…

Bundan sonra bir qədər işsiz qalan Akif Əsgərovv sonradan Standartlaşma, Metrologiya və Patent Agentliyinin Sumqayıt şöbəsində müavin vəzifəsini tutub. Etibarlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, onun bu vəzifəyə təyinatında da F.Əliyev önəmli rol oynayıb. Mənbə bildirir ki, qeyd olunan təyinat verilən zaman bu müvvəqqəti addım kimi dəyərləndirilib və ona bildirilib ki, qısa müddətdə onu hansısa önəmli vəzifə ilə təmin edəcəklər. Doğrudan da bir müddətdən sonra o, Sumqayıt Telefon Qovşağının rəisi vəzifəsinə gətirilir.

Milyonlar necə qazanılıb?

Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov və müavini Azər Əliyev ailə podratı yaradıblar. Məlumata görə, Akif Əsgərov qardaşı oğlu Nurlan Əsgərovu Sumqayıt TKQ-nin marketinq şöbəsinə müdiridir və xeyli müddətdir həmin vəzifədə çalışır.Əsgərovun müavini Azər Əliyev isə TKQ-nin abunə şöbəsinə öz qardaşını rəis gətirərək, onu işlə təmin edib. Vahid Əliyevin bu posta təyinat almasından əlavə, işə götürülən sürücülər də elə Əsgərovla Əliyevin yaxın qohumlarından ibarətdir. Ancaq A.Əsgərovun qanunsuz əməlləri yalnız bununla məhdudlaşmır. Onun fəaliyyətində ciddi korrupsiya elementləri var. 

Belə ki, ötən illər ərzində Sumqayıt şəhərində ayrı-ayrı müəssisə və təşkilatlara ümumilikdə 40 min metrə yaxın fiber optik internet kabeli çəkilib. Lakin bu yenilənmə işi korrupsiyasız ötüşməyib. Belə ki, iddaya əsasən Sumqayıt Telekommnuikasiya Qovşağının rəisi Akif Əsgərov kabelin qiymətlərini şişirdərək külli miqdarda dövlət vəsaiti mənimsəyib. Məlumatlı mənbəninin bildirdiyinə görə faktiki olaraq fiber optik internet kabellərin çəkilməsi üçün 1 manat vəsait xərclənsə də, Akif Əsgərov sənədlərdə hər bir metr fiber optik internet kabeliin çəkilməsi üçün 3 manat sərf olunuduğunu göstərib. 

Mənbəninin iddasına görə dəyişdirilən və yeni çəkilən fiber optik kabellərin ümumi uzunluğu 150 min metrdən çoxdur. Bu isə belə anlama gəlir ki, təkcə 2013-cü ildə kabel dəyişdirilməsi və çəkilişi əməliyyatından Akif Əsgərov 300 min manatdan çox vəsait mənimsəyib. Həmçinin məlumatda o da vurğulanır ki, Akif Əsgərov xəttlərin uzunluğu ilə bağlı sənədlərdə saxtakarlığa yol verib. Yəni bir çox dövlət və özəl müəsissələrə çəkilən fiber optik internet xətlərinin uzunluğu sənədlərdə göstərildiyindən bir neçə dəfə qısadır. Lakin Akif Əsgərov həmin xətlərini məsafə uzunluğunu artırmaqla dövlət vəsaitini mənimsəyib. Bundan başqa Akif Əsgərovun adamları özəl təşkilatlara, şirkətlərə çəkilən fiber optik internet xətlərinin çəkilməsi üçün qovşaq rəisinin adından müəyyən «haqq» alırlar və bu «haqqın» üçdə iki hissəsinin də məhz Akif Əsgərova çatdığı bildirilir. Sumqayıt Telekommnuikasiya Qovşağının rəisinin başqa bir maxinasiyasının isə Sumqayıt şəhərinin müxtəlif yerləriədəki ATS- lərin aftomatlaşdırılması, telefon şkaflarının dəyişdirilməsi əməliyyatları olduğu bildirilir.

Bu əməliyyatlarda da Akif Əsgərov dövlət büdcəsindən ayrılan vəsaitləri birbaşa öz cibinə axıtdığı qeyd olunur. Məlumatda həmçinin Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərovlun dövlətdən oğurladığı milyonlarla manat vəsaitlər hesabına yaratdığı biznes şəbəkəsi ilə bağlı verdiyi məlumatlar da yer alır.

Satılan dövlət əmlakları və Ukrayna biznesi

ATS-lərin elektronlaşması prosendə köhnə avadanıqların sökülməsi prosesinə Akif Əsgərov şəxsən nəzarət edib. Bu prosesdə külli-miqdarda dövlət əmlakı mənimsənilib. Mənbənin sözlərinə görə ATS-lərdə olan avadanlıqlarda qızıl və misin cox olması Akif Əsgərovun şirnikləndirib. Akif Əsgərov vaxtı keçməmiş və istifadəyə yararlı avadanlıqları köhnə adı ilə silib. Bundan sonra bu avadanlıqlar Bakı şəhər sakini olan iş adamına satılıb. Mənbənin sözlərinə görə, bu avadanıqarın satışından Akif Əsgərov təxminən 3 milyon AZN pul qazanıb. Akif Əsgərovun dövlət əmlakını talaması bununla bitmir. Sumqayıt Telekomunikasiya Qovşağı tam təsərrüfat hesablı və özünümaliyyələşdirmə prinsipləri əsasında fəaliyyət göstərir. Məhz Akif Əsgərov bu özünümaliyyələşdirmə prinsipindən yararlanaraq il ərzində Telekomunikasiya Qovşağının hesabına yüzminlərlə manat vəsait qazanır. Belə ki, il ərzində qovşağa Rabitə Nazirliyi tərəfindən yüz min metrlərlə kabellər, minlərlə telefon, internet cihazları, aparatlar və başqa avadanlıqlar verilir. Amma adı çəkilən avadanlıqların bir çoxu qovşaq rəisi tərəfindən gizli olaraq satışa çıxarılır və müxtəlif dükanlarda həmçinin Qovşağın xidmət sahəsində çalışan işçiləri tərəfindən satılır.

Qeyd olunur ki, keçmiş və indiki vəzifələrindəhər il külli miqadarda qazanc əldə edən qovşaq rəisi özünə böyük biznes yaratmağada nail olub. Amma Sumqayıt şəhərində bir neçə kiçik obyektlə gözə kül üfürən qovşaq rəisinin əsas biznesi Ukrayna dövlətindədir. Bildirilir ki, Ukraynada fəaliyyət göstərən Azərbaycan Diasporasının rəhbərliyində Akif Əsgərovun yaxın qohumlarından biri çalışır. Qovşaq rəisi diaspora rəhbərlərindən birinin vasitəsi ilə bu ölkədə özünə biznes şəbəkəsi qurduğu bildirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024