Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (8-10-2015, 14:54)
İdarə rəisinə korrupsiya ittihamı

Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi Feyruz Həsənov haqda məlumatlar var.

Mediatv.az xəbər verir ki, o, əvvəlki icra başçısının vaxtında təyin edilib. Feyruz Həsənov vaxtilə Ağstafa rayon Mərkəzi Xəstəxanasında burun-boğaz həkimi işləmiş Vaqif Həsənovun oğludur.

 

Həmin Vaqif Həsənov sabiq icra başçısı, Cümşüd Musayevin yaxın dostu olub. Bu münasibətlə həkimin oğlu Feyruz Həsənovu Cümşüd Musayev özünə köməkçi götürüb. Musayev vəzifədən getdikdən sonra, onun yerinə icra başçısı təyin olunan Elxan Usubov Feyruzu Ağstafa Gənclər və İdman İdarəsinə rəis təyin edib.

 

Dia.az xəbər yayıb ki, Feyruz Həsənov gənclərə rəis təyin edildiyi gündən Ağstafa gəncləri və idmançıları, birmənalı şəkildə böhran dövrünü yaşayır. Çünki Feyruz Həsənov nə idmandan, nə də dövlət siyasətindən xəbəri olan məmurdur. Onun gözü yalnız gənclər və idman idarəsinə ayrılmış vəsaitdə, fikri isə keçiriləcək tədbirlərə artıq pul yazaraq mənimsəməkdədir. Buna görə, bu gün Ağstafa gənclərinin nə işlə məşğul olduğunu heç rayonda da bilən yoxdur.

 

Son illər rayonda hansı bir idmançının adicə rayonlararası keçirilmiş turnirlərdə qələbəsindən danışmaq mümkün deyil. Feyruz Həsənov əmək intizamından xəbərsizdir. Onu yerində tapmaq müşkül məsələdir. Ağstafa vətəndaşları onu da bildirirlər ki, özü bu idarənin inkişafına maneçilik törədən insandır. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024