Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (28-09-2015, 12:27)
“Radiolarda məişət dilindən istifadə olunur”

fea7e49e1860b69234703435912ca8c7


“Azərbaycanda fəaliyyət göstərən radiolarda dil qaydaları ilə bağlı problemlər həddindən artıq çoxdur, dil qaydaları bərbad vəziyyətdədir. Açıq şəkildə demək lazımdır ki, radiolarda məişət dilindən istifadə olunur”.
Mediatv.az xəbər verir ki, bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov deyib.
O, bildirib ki, hazırda Dilçilik İnstitutunun əməkdaşları televiziya kanallarının monitorinqini aparırlar.
Ş. Məmmədovun sözlərinə görə, televiziya kanallarından sonra orta məktəb dərsliklərinin monitorinqinə başlanılacaq.
Dilçilik İnstitutunun əməkdaşı əlavə edib ki, monitorinqin ilkin nəticələrinə əsasən əvvəlki illərlə müqayisədə televiziyalarda dil qaydaları ilə bağlı vəziyyət dəyişməz olaraq qalmaqdadır: “Artıq biz üç ildir ki, telekanalların monitorinqini aparırıq. Əlbəttə, müəyyən düzəlişlər də var. Amma dil qaydalarındakı problemlər təkcə televiziyaların yox, həm də cəmiyyətin problemidir”.
Qeyd edək ki, sentyabrın 15-dən etibarən AMEA Nəsimi adına Dilçilik İnstitutu Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə birgə televiziyalarda ədəbi dil qaydalarına riayət olunması ilə bağlı monitorinqlərə başlayıb. Monitorinqlər sentyabr-oktyabr aylarını əhatə edəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024