Cəmiyyət (4-11-2014, 12:07)
Qulu Məhərrəmli: “Azərbaycan teleməkanının bu vəziyyətinə görə kim məsuliyyət daşıyır? ”
“Rəsmi dövlət qəzeti ünvansız danışa bilməz, konkret adlar çəkilməlidir”
Qulu Məhərrəmli: “Ya bu məsələni qaldırmayın ya da bütün təfərrüatıyla, ünvanıyla danış. Bilinsinsin ki, kim məsuliyyət daşıyır və problem necə həll etmək olar”.
Akademik Ramiz Mehdiyevin Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyindəki çıxışının doğurduğu rezonans, həmişə olduğu kimi, bu dəfə də genişmiqyaslı oldu. Onun televizilalar haqqında söylədiyi ağır tənqidi fikirlər əslində hər kəsi düşündürməlidir. Çünki bir millətin sifəti onun televiziyasıdır. Amma bugünkü televiziya bizim millətin sifətidir deyə bilərikmi?
Ramiz Mehdiyevin məlum çıxışından sonra isə dövlətin rəsmi qəzeti olan “Azərbaycan” qəzeti təhsil sistemini və özəl televizayları kəskin şəkildə tənqid etdi. Dünən isə məsələni müzakirə edən MRTŞ televiziya aparıcılarının yaradıcılıq qabiliyyətinin tükəndiyini bildirdi.
Nəzərə alsaq ki, televiziya həm də cəmiyyətin güzgüsüdür. Ona görə də hesab etmək olar ki, televiziyalarda sərbəst yaradıcılıq mühitnin olmaması da bu problemlərin yaranmasının səbəblərindən biridir.
PİA.AZ-ın əməkdaşı bu barədə tanınmışış televiziya mütəxəssisi Qulu Məhərrəmli ilə söhbət edib. Qulu Məhərrəmlinin fikrincə televiziyalar gənclərin "üçüncü valideyninə" çevrilib.Amma bu valideyn həddindən artıq qorxuncdur:
“Günümüzün acı reallığı ölkənin efir məkanının yeniyetmə və gənclər üçün "üçüncü valideynə" - amma daha təsirli və qorxunc valideynə çevrilməsini şərtləndirib. Bu gün gənclərimizin bir qismi məhz teleekranın zombiləşdirdiyi qrupa, onların göstərdikləri, yaydıqları total səviyyəsizliyin, mənəvi aşınmanın qurbanına çevrilib. İstisnasız olaraq bütün kanallar vasitəsilə milli-mənəvi dəyərlərə qarşı yürüdülən "səlib yürüşü", ailə institutunun mənəvi dayaqlarının dağılmasını təbliğ edən verilişlərin artması, həmçinin mahnısından çox qalmaqalları ilə məşhur olan müğənnilərin, sponsor sayəsində "sənətkara" çevrilənlərin, şou-biznesi əxlaqsızlıq və bayağılıq kimi qəbul edənlərin, televiziya vasitəsilə gənclər üçün örnək, nümunə kimi sırınması nəticə etibarilə mənəvi bəlalarımızın artmasına xidmət etməliydi və edir də!”. Bu Ramiz Mehdiyevin 5 il öncəki "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr" adlı araşdırma-yazısında səsləndirdiyi fikirlərdir. Problemlər aydınlıqla təsvir olunur. Bəs səbəb nədir? Kim məsuliyyət daşıyır?
Mən hesab edirəm ki, qaldırılan məsələ çox aktualdır. Televiziyaların düşdüyü vəziyyət artıq o dərəcədə dözülməzdir ki, ölkənin yüksək ranqlı rəsmi şəxsi bu barədə danışır və üstəlik bir nömrəli rəsmi qəzeti bu haqqda ciddi tənqidlə çıxış edir. Əvvəllər də “Azərbaycan” qəzetində bu tipli tənqidi yazılar dərc olunub. Amma burda bu dəfə ünvanlar dəqiq göstərilir. Bütün bunlar mənəvi böhranımızın göstəricisidir. Televiziyalarda mənəviyyatsız səviyyəsiz insanlar sənətkar adıyla xalqa sırınır. Belə məqalələr cox yazılır amma nə olsun ki?
Mənim də bu mövzuda bir neçə məqaləm var. Məsələ ondadır ki, nəticə yoxdur. Yazılanları nəzərə alıb nöqsanları aradan qaldırmaq lazımdır. Buna cavabdeh olan şəxslərin məsuliyyətə cəlb etmək lazımdır, məsələ budur. Hesab edirəm ki bu problemlərlə bağlı ciddi tədbirlər görülməlidir. Yazıyla iş bitmir. Media sahəsində böyük məsuliyyətsizliklər var. Hər şeyi də özəl televiziyaların boynuna yıxmaq olmaz.
Dövlət büdcəsindən maliyyələşən 4 televiziya var, nəyə görə onlar baxılası, populyar verilişlər hazırlamırlar? Maraqlı, düşündürən verilişlər demək olar yoxdur. Vaxtilə ANS kanalında maraqlı debatlar, talk-şoular olurdu indi niyə yoxdur? Niyə hazırlanmır bu verilişlər? Niyə ictimai actual problemlər müzakirə olunmur?
Əslində televiziyalrın proqram siyasətində ciddi dəyişikliklər aparılmalıdır. Kim şərait yaradıb ki, şou proqramlar əsas yer tutur, və mənəviyyatsız insanlar televiziya kanallarında meydan sulayır? Suallar çoxdur....və bu sualları da cavabı var. Və onları cavablandırmaq lazımdır.
Mənə elə gəlir ki bu sualları eşidən hər kəsin ağlına məsuliyyət daşıya bilən şəxslərin adı gəlir. Bilirsiniz, məsələ ondadır ki, rəsmi dövlət qəzeti ünvansız danışa bilməz, konkret adlar çəkilməlidir. Ya bu məsələni qaldırmayın ya da bütün təfərrüatıyla, ünvanıyla danış. Bilinsinsin ki kim məsuliyyət daşıyır və problem necə həll etmək olar”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024