Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (22-09-2015, 13:57)
TQDK ləğv olunur - Mikayıl Cabbarov Məleykə Abbaszadəni sıradan çıxardır

 

Təhsil sektorunda şok islahatlar, TQDK nazirliyin tabeciliyinə veriləcək

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyətinə xitam verilir.

Mediatv.az xəbər verir ki, bunu "Unikal" qəzetinə hökumət daxilindəki mənbə deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda təhsil sektorunda ciddi islahatlara start veriləcək. Həmin islahat dalğasının qurbanı isə TQDK sədri Məleykə Abbaszadə olacaq: "Artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv ediləcəyi qətiləşdirilib. Adıçəkilən qurumun səlahiyyətləri isə Təhsil Nazirliyinə veriləcək. Bununla da TQDK sədri Məleykə Abbaszadə faktiki olaraq işsiz qalacaq".

Baş verənləri hökumətdə növbəti struktur dəyişikliyi kimi dəyərləndirən mənbəmiz bunu indiyə qədər aparılmış anoloji islahatların davamı saydığını bildirir: "Bir-birini qismən və tamamilə təkrarlayan nazirlik, komitə, idarə və digər dövlət təşkilatlarının birləşdirilməsi bundan öncə də reallaşıb. Məlumdur ki, artıq Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunub və səlahiyyətləri iki dövlət strukturu arasında bölüşdürülüb. Ardınca "Azərenerji" SC və "Bakıelektrikşəbəkə" ASC-nin bazasında "Azərişıq" ASC yaradıldı. İndi isə növbə TQDK-ya çatıb və qurumun Təhsil Nazirliyinin sərəncamına verilməsinə də məhz bu aspektdən yanaşmaq lazımdır".

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024