Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (13-02-2015, 13:13)
“TQDK Təhsil Nazirliyinin funksiyalarını ələ keçirib”

Eks-təhsil naziri Firudin Cəlilov TQDK sədri Məleykə Abbaszadənin son açıqlamasına münasibət bildirib

 

Mediatv.AZ moderator.az-a istinadən xəbər verir ki, keçmiş təhsil naziri, professor Firudin Cəlilov bildirib ki, TQDK Təhsil Nazirliyinin funksiyalarını ələ keçirib:
"Tələbə qəbulu qurumu mənim təklifimlə yaranıb. Bu qurum yalnız qəbul qaydalarına aid məsələlərlə məşğul olmalı və bir ildən sonra iki mərhələli seçimə keçməli idi. Eyni zamanda test suallarının bankını yaratmalı idi. Lakin bu qurum sonralar Təhsil Nazirliyinin zəif mövqeyindən yararlanıb onun funksiyalarını da ələ keçirdi. Bütün narazılıq və qarşıdurmalar da buradan qaynaqlanır. Düşünürəm ki, Təhsil Nazirliyi öz əvvəlki statusunu bərpa etməlidir. Tələbə qəbulu qurumu yalnız onun sifarişini yerinə yetirən icraçı orqan olmalıdır".
Qeyd edək ki, M. Abbaszadə mətbuat konfransında bildirib ki, abituriyentlərin 65 faizi imtahandan “2” alıb. TQDK sədri daha sonra qeyd edib ki, Azərbaycanda orta statistik məzun məktəb proqramının 51-75 faizini mənimsəmir: "Bu isə ümumi təhsil müəssisələrimizin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024