Cəmiyyət (10-09-2015, 18:22)
Amerikalı xristian rahibin etirafı
Bu etirafı Amerikalı xristian rahib Yusuf (Jozef) Estes edib:
Bir dəfə mən bir müsəlmanin xaçpərəstliyi qəbul etməsi üçün çox çalışdım. O mənə çox məntiqli bir cavab verdi:
- Əgər sənin dinin mənim dinimdən üstün olsaydı mən sənin təklifini qəbul edərdim.
Mən ona dedim:
- Xristian kimi yaşamaq çox asandır. Bu dində gündə beş dəfə allaha ibadət etməyə məcburiyyət yoxdur. Ramazan ayinda bir ay oruc tutmaq da tələb olunmur. Üstəlik bizim dinimizdə zəkat və sədəqə vermirsən, heç bir ziyarət də tələb olunmur. Hətta ətrafındakılara qarşı mehriban və gülərüz olmağın da vacib deyil.
Müsəlman dedi:
- Dayan. Mən dedim ki, sənin dinin əgər mənim dinimdən yaxşıdırsa onu qəbul edərəm. Demədim ki, sənin dinin əgər mənim dinimdəm asan və yüngüldürsə. Sən dininin mənim dinimdəm üstün olmasını mənə sübut etməlisən.
Cavab verdim:
- Nə sübut? Din sübut və dəlillər üzərində qurulmayıb. Dinə sadəcə inanmaq gərəkdir.
Müsəlmanın cavabı qəti oldu:
- İslam dinində inamla sübut və dəllillər bir-birini tamamlayır. Biri güclü olduqca, digərini daha da təsirli edir.
Sonra o mənə ingilis dilində müqəddəs kitabları olan Quranı verdi. Mən qorxumdan o kitabı açıb baxmadım. Bir müddət sonra mən rahib dostumla görüşdüm. Ona müsəlmanla olan söhbətimiz və onun mənə Quran hədiyyə etməsi barədə danışdım. Rahib dostum mənə dedi:
- O adamdan uzaq dur. Müsəlmanlar çox təhlükəlidirlər. Onlar Allaha inanmırlar. Müsəlmanlar səhradakı dördkünc qara binaya səcdə edirlər. Onlar terrorçulardır. O kitabı oxumağı heç ağlına da gətirmə.
Amma bilirsiniz mən neylədim? Mən o kitabı oxumağa başladım. Ancaq bir səhifəsini. Özümə söz verdim ki, bir səhifədən artıq oxumayacağam. Kitabı açarkən isə belə dua etdim. "Tanrim, məni hər cür şərdən qoru". Sonra yalnız birinci səhifəni oxudum. Orada yazılmışdı:
Bağışlayan və rəhmli Allahın adı ilə! Həmd olsun mərhəmətli və rəhmli olana. Haqq - hesab gününün sahibinə. Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik. Bizi doğru yola yönəlt. Nemət verdiyin kəslərin yoluna. Qəzəbə düçar olmuşların və azməşların yoluna yox.
Bacı və qardaşlar! Mən bu cümlələri oxuyan kimi anladım ki, bu elə mənim inandığımdır. Bu mənim ömrüm boyu axtardığım dualardır.