Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-09-2015, 18:57)
"BakuBus" 1 nömrəli marşrut xətti istifadəyə verəcək

"BakuBus" 1 nömrəli marşrut xətti istifadəyə verəcək

Sentyabrın 7-də "BakuBus" MMC yeni 1 nömrəli marşrut xəttini istifadəyə verəcək. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Fransa istehsalı olan "İveco" avtobuslar 1 saylı xətt üzrə "28 May" metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçib və Koroğlu metro stansiyasına hərəkət edəcək. Uzunluğu 17,7 km olan  marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 12 avtobus fəaliyyət göstərəcək. 

"BakuBus" MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir. "BakıKart" vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni "BakıKart" terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart" loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ "BakıKart" ödəniş kartları - məhdud istifadə üçün kağız "BakıKart"ları və daimi istifadə üçün plastik "BakıKart"ları mövcuddur.
 
"BakıKart"la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.
 
"BakuBus" MMC əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024