Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-12-2023, 09:12)
Avropa Məhkəməsindən şəhid Milli Qəhrəman haqda absurd qərar - AXI NİYƏ?

Avropa Məhkəməsindən şəhid Milli Qəhrəman haqda absurd qərar
Avropa İnsan Hüquqları Məhkəməsi (AHİM) “Narayan və başqaları Azərbaycana qarşı” işi üzrə hökmü dərc edib. Bu barədə erməni mediası AİHM-in saytına istinadən məlumat yayıb. Hökm öldürülən erməni əsgərlərin yaxınlarının şikayəti əsasında çıxarılıb.

Hadisəni ermənilər məhkəməyə bu cür təqdim edib: 2016-cı il dekabrın 29-da səhər saatlarında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov sərhədi keçib silahsız əsgərlər - Edqar Narayan və Edik Abovyanı öldürüb. Döyüş mövqeyində olan digər əsgərlər dərhal atəş səsinə tərəf qaçıblar. Atışma olub və üçüncü erməni əsgəri Şavarş Melikyan da öldürülüb. Ermənistan silahlı qüvvələri gəlib və bir saat davam edən atışmadan sonra qarşı tərəfdən atəş kəsilib. Məlum olub ki, “qarşı tərəfdə” yalnız Çingiz Qurbanov olub.

Qurbanovun meyiti ilə birlikdə 3 erməni əsgərin meyiti yerdə tapılıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, ölümcül güllələr Çingiz Qurbanovun avtomatından atılıb.

Ərizəçilərin sözlərinə görə, Azərbaycan Qurbanovun erməni əsgərləri öldürdüyünü tanıyıb. Lakin qətllərin hansı şəraitdə baş verdiyini araşdırmayıb. Əvəzində dövlət onun bu hərəkətini yüksək qiymətləndirib, Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, həmçinin onun adına küçə var.

AİHM-in qərarına əsasən, hərbçilər Edqar Narayan və Erik Abovyanın ölümü, habelə onların ölüm şəraitinin araşdırılmamasına görə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) tələbləri pozulub.

AİHM Konvensiyanın 13-cü (effektiv müdafiə hüququ) və 14-cü maddəsinə (ayrı-seçkiliyin qadağan edilməsi) uyğun olaraq araşdırmaya ehtiyac olmadığını bildirib və bu ittihamları rədd edib.

AİHM-in qərarına əsasən, Azərbaycan məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi tarixdən üç ay ərzində (44-cü maddəyə uyğun olaraq) hər ərizəyə görə tutula biləcək istənilən vergini, üstəgəl 16.000 avro ödəməyə borcludur. Konvensiyanın 2-ci bəndi ilə maddi ziyana görə hər ərizəçiyə görə 2780 avro, üstəgəl, xərclərlə bağlı onlardan tutula biləcək bütün vergilər ödənilməlidir.

Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olub. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.

Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman ermənilərin pusqusuna düşüb və şəhid olub. Çingiz Qurbanovun nəşi ermənilər tərəfindən ələ keçirilib. Bütün beynəlxalq normaları pozan erməni tərəfi yalnız 2017-ci il fevralın 5-də Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfinə təhvil verib.

Çingiz Qurbanov doğulduğu Qusar şəhərində, Şəhidlər xiyabanında dəfn edilib.

2017-cı ilin 7 fevralında Prezident İlham Əliyevin sərəncamı ilə xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Avropa İnsan Haqları Məhkəməsinin qərarı, göstərdiyi “əsaslar” bu qərarın daha çox siyasi yüklü qərar olduğu deməkdirmi? Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmadığı, müharibənin davam etdiyi bir dövrdə qarşı-qarşıya dayanan iki ölkənin hərbçilərinin arasında döyüş baş verməsi, bu zaman ölənlərin də olması əslində adi hal deyilmi? Ermənilərin absurd iddialarına məhkəmənin yanaşması qərəzlidirmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsinin bu qərarı siyasi qərardır və absurddur: “Avropa İnsan Hüquqları Məhkəməsi və ümumiyyətlə, Avropa Şurası ilə çox yaxından tanış olan, 2010-cu ildən 2020-ci ilə qədər parlamentdəki fəaliyyətim dövründə, həmçinin hüquq müdafiəçisi olaraq sıx əməkdaşlıq edən şəxs kimi qeyd etmək istərdim ki, Avropa İnsan Hüquqları Məhkəməsinin "Narayan və başqaları Azərbaycana qarşı" işi üzrə qəbul etdiyi qərar hüquqa əsaslanan qərar deyil, siyasi qərardır. Çox təəssüf ki, Avropa İnsan Hüquqları Məhkəməsi əslində siyasi təsirlər altında qərarlar qəbul edir. Lakin belə olmamalıdır. Haqqında söhbət gedən qərarın siyasi qərar olduğu şübhəsizdir. Ona görə ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edildikdən sonra 1994-cü ilin mayında Minsk Qrupunun təşəbbüsü ilə atəşkəs elan edilsə də, müharibə, konflikt bitməmişdi. Yəni atəşkəs müharibənin, konfliktin başa çatdığı demək deyildi. 1994-cü ildən sonrakı illərdə, eləcə də 2016-cı ildə Ermənistanın xüsusi təlim keçmiş snayperləri tərəfindən, diversiya qrupları tərəfindən Azərbaycanın çoxlu sayda hərbçiləri və mülki sakinləri öldürülüb, yaralanıb. Hətta bu xain hücumların qurbanları içərisində azyaşlı uşaqlar, yaşlı insanlar da olub. Azərbaycan ərazisinə daxil olan və ərazilərimizin 20 faizini işğal edən Ermənistan ordusu idi. 2015-ci ildə “Çıraqov qardaşları və qeyrilərinin Ermənistana qarşı iddiası”nda da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan ərazilərinin Ermənistan ordusu tərəfindən işğal edildiyini təsdiq etməklə Azərbaycan vətəndaşları Çıraqov və başqalarına kompensasiya verilməsini Ermənistan hökumətinin üzərinə qoymuşdu. Bu, əslində həm də Ermənistanın işğalçılığının məhkəmə tərəfindən təsdiqlənməsi idi".

Hüquq müdafiəçisi vurğuladı ki, indi Avropa İnsan Hüquqları Məhkəməsinin 2016-cı ilin dekabrında müharibə şəraitində olan tərəflərin hərbçilərinin arasında baş vermiş atışma nəticəsində insan ölümünün baş verməsinə görə qərar qəbul etməsi anlaşılan deyil. Bu qərarda hüquq deyil, sırf siyasi maraqlar üstün tutularaq qərar verilib: “Məhkəmə siyasi maraqlardan Ermənistanın mövqeyindən çıxış edərək ədalətdən kənar qərar qəbul eləyib. 29 dekabr 2016-cı ildə Ermənistan diversiya qrupu sərhəddə Azərbaycana qarşı təxribat törətməyə cəhd edib və bu təxribatın qarşısını almaq üçün cavab atəşi Azərbaycan hərbçisi Çngiz Qurbanov tərəfindən açılıb. Nəticədə döyüş olub və Çingiz Qurbanov şəhid olub. Onun meyitini erməni hərbçilər ələ keçiriblər və bir aydan artıq müddətdə meyiti girov saxladılar. Bunun özü ermənilər tərəfindən beynəlxalq konvesiyanın pozulması idi. Bütün bu faktlar uzaq olmayan tarixdə baş vermiş faktlardır. Lakin təəssüf ki, Avropa İnsan Hüquqları Məhkəməsi ermənipərəst qüvvələrin istəyini yerinə yetirərək faktlara, hüquqa deyil, siyasətə üstünlük verərək qərar qəbul edib. Əslində ədalətli olsaydılar, ermənilərin iddiaları rədd edilməli idi. Müharibə şəraitində olan dövlətlərin hərbçilərinin silahlı qarşıdurmasında ölən şəxslərə görə bu cür məhkəmə qərarı çıxarılması absurddur. Bu, Avropa Məhkəməsinin özü üçün çox ziyanlı bir presedent yarada bilər. Gələcəkdə həm Azərbaycan, həm də Ermənistan tərəfindən bu kimi hallarla bağlı iddialar qaldırıla bilər ki, bu da Avropa İnsan Hüquqları Məhkəməsinin iş yükünü artırar”.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024