Sosial (2-09-2021, 20:06)
Günahsız yerə həbs olunan hərbçinin qızından ölkə başçısına açıq MÜRACİƏT
Yasamal rayonunda kirayədə yaşayan Lalə Norvuz qız Saruxanova atası Müslümov Novruz Suliddin oğlunun günahsız həbs olunduğunu deyir. "Hürriyyət"ə müraciət edən şikayətçi bildirir ki, atası hərbçi olub:
"Atam Zaqatala qarnizonunda hərbi polisdə xidmət edirdi. Oradan sonra onu Bakıya işləməyə göndərdilər. Ancaq Bakıya göndəriləndən sonra Zaqatala hərbi hissəsində problemlər yaranıbmış və problemlərdən sonra orada olan hərbi xidməti bitirib getmiş əsgərləri geri gətirərək, onları atamın üzünə durdurublar ki, guya, atam onlardan rüşvət alıb, onlara işgəncə verib. Belə faktlarla mənim atamı günahlandırdılar. Ondan sonra, məhkəmə keçirildi. Məhkəmədə heç bir sübut olunmadı, əsgərlər gəlmədi. Tərtər Məhkəməsi 3 maddə ilə (311.3.2, 331.3 və 341.1) atamı təqsirləndirib, 10 il iş veriblər, rütbəsini də alıblar. Rütbəsi baş gizir idi. Hətta ona veriləcək evi də üstündən çıxarıblar. Artıq atam 28 noyabr 2014-cü ildən həbsdədir, özü də şəkər xəstəsidir. Yəni vəziyyəti çox çətindir”.
Lalə Saruxanova atasının rüşvət aldığını iddia edən şəxslərin 2012-ci ildə hərbi xidmətdə olduğunu deyir. Araşdırma isə 2014-cü ildə başlayıb:
"Atamı 2014-cı ilin noyabrın 28-də həbs etdilər. Əvvəl Zaqatalada baş gizir kimi xidmət edib. Daha sonra işlə bağlı Bakıya göndərildi. Məlum oldu ki, onu əvəz edən hərbçi əsgərləri döyərək işgəncə verib. Sonra məsələylə bağlı araşdırma başlanılır. Atamın adı da bu məsələdə hallanır. Atam da orda xidmət etdiyi üçün onu da sorğu-sual etməyə başlayırlar. Eyni zamanda, atamla bərabər həmin hərbçini də həbs edirlər. Hazırda həmin hərbi hissə yoxdur. Üç əsgər atamın üzünə dururaraq, atamın guya onlardan rüşvət aldığını deyirlər. Əsgərlərdən biri atama kolbasa, siqaret və s. aldığını qeyd edib. Maraqlısı budur ki, şikayət edən əsgərlər 2012-ci ildə xidmət ediblər. Söhbət isə 2014-cü ildən gedir. Necə olur ki, əsgərliyi bitirmiş şəxsləri yenidən sorğuya qaytarırlar?..."
L. Saruxanova atasını günahsız hesab etdiyi üçün ölkə başçısına müraciət edib. O eyni zamanda atasının birinci dərəcəli şəkərli diabet xəstəsi olduğunu vurğulayıb:
"Artıq yeddi ildir ki, bir sıra dövlət qurumlarına müraciət etmişik. Heç kim bu işə baxmaq istəmir. İstəyimiz odur ki, bu məsələ ölkə başçısına çatsın. Heç nəyin üstündə atam 10 il iş verilir. Məhkəmələrdə heç nəyi sübut edilə bilməyiblər. Yeddi ildir ki, heç nə edə bilmirik. Atamın pensiyası kəsilib, rütbəsi əlindən alınıb. Atama qarşı insanlığıa sığmayan hərəkətlər ediblər. Tutaqki atam rütbəsindən istifadə edib. Bəs atamı tutduranlar rütbəsindən istifadə etməyib? Anam xəstədir. Mən də 300 manat maaş alıram. Bu maaşla kirayədə qalım, yoxsa atamın yanına gedim?... Dövlət büdcəsindən milyonlar yeyənlərə heç 10 il iş verilmir. Amma, atam günahsız yerə həbsdə yatır. Hətta, hakim əvvəl atamın tərəfini saxlayıb, sonra isə atama qarşı dəyişildi. Əgər, əsgərlərə qarşı nəsə olunmuşdusa, niyə onlar vaxtında şikayət etməyiblər?...Görünən odur ki, bu atama qarşı şifarişli təşkil olunub. Evimizi də əlimizdən aldılar. Sanki, atam kimisə qəddarcasında öldürüb, buna görə də səkkiz il həbsdə yatır...Kolbasa və siqaretə görə atama qarşı səkkiz il həbs etmək qərarının verilməsi çox gülüncdür. Atam birinci dərəcəli şəkərli diabet xəstəsidir. Xahiş edirəm ölkə rəhbərliyindən ki, bunu nəzərə alsınlar".
QEYD: Mövzunu davam etdirəcəyik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025



























