Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 09:49)
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... - FOTOLAR

 Aygün Əliyeva karyera pillələrinə irəliləməsində müstəsna rol oynayan şəxsə qrant ayırıb(?)

Yenixeber.org: QHT-lərə Dövlət Dəstəyi  Agentliyi ilə bağlı  araşdırmalarımızla daha bir maraqlı faktla qarşılaşdıq. Agentlik 2022-ci ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sabiq sədri  Ramiz Göyüşovun “Əbədiyyətə qovuşanlar” adlı kitabının çapına maliyyə dəstəyi verib.

Kitab QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin maliyyə dəstəyi ilə çap olunub və hətta M.F.Axundov kitabxanasına da hədiyyə edilib.

İlk baxışdan bir nəsnə görünməsədə, Yenixeber.org-a daxil olan məlumatlardan belə məlum olur ki, Aygün Əliyevanın bu “səxavəti” sıradan bir nümunə deyil.

Əvvəla, xatırladaq ki, kitabına maliyyə ayrılan Ramiz Göyüşov 2021-ci ilin sentyabrında Yeni Azərbaycan Partiyası sıralarından biabırçı şəkildə qovulub. Səbəb isə onun tirajlanmış seksual görüntüləri oldu. Siyasi statusuna yumşaq desək uyğun olmayan bu görüntülərlə o bir müddət medianın ulduzuna da çevrildi… 

1 il sonra belə bir şəxsin kitabına hansısa dövlət qurumu tərəfindən maliyyə dəstəyinin ayrılması maraqlı  suallarla bərabər,  şübhələr də doğurur. Əziz şəhidlərimizlə bağlı bir kitabın belə biabırçılıqla YAP-dan uzaqlaşdırılmış şəxsə etibar edilməsini araşdırmaya bilməzdik. 

Məlum olur ki, Ramiz Göyüşov QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin hazırki icraçı direktoru Aygün Əliyevanın ilk vaxtlar karyera pillələrinə irəliləməsində müstəsna rol oynayıb. Belə ki, Ramiz Göyüşov YAP Binəqədi rayon təşkilatının sədri olduğu vaxtda, daha konkret desək 2013-cü ildə Aygün Əliyevanı təşkilata təlimatçı, daha sonra isə baş təlimatçı təyin etdirə bilib. 

Xtırlayırsinizsa, həmin dövrdə respublikanın bütün şəhər və rayonlarında icra hakimiyyəti başçılarının humanitar məsələlər üzrə müavinlərinin qadın olması tələb olunurdu. Ramiz Göyüşov da Binəqədi rayon icra başçısının müavinliyinə Aygün Əliyevanı tövsiyyə edib və Xaləddin İsgəndərov tərəfindən təsdiqlənib. 

Beləliklə, Aygün Əliyeva ilə Ramiz Göyüşovun əlaqələri həmin dövrdən möhkəmlənmiş, QHT Agentliyinə icraçı direktor keçdikdən sonra isə onun kitabının maliyyələşməsinə dəstək vermişdir. 

Sən demə, QHT fəaliyyəti olmayan Ramiz Göyüşovun kitabının maliyyələşdirilməsi üçün formal müvəqqəti operator təşkilat da tapılıb.  

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin rəhbərliyi layihələri dostbazlıq və tanışbazlıq  prinsipləri ilə paylayır. Buna bənzər bir sıra faktlar da var ki, onları da araşdırıb  təqdim edəcəyik.

Amma bir şeyi unutmamalıyıq, bu gün cəmiyyətimizdə heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə məhşurlaşmış, hərəkətləri insanlar tərəfindən hiddətlə qarşılanmış bir şəxsin baş tacımız olan şəhidlərimiz haqqında kitabının ərsəyə gəlməsinə maliyyə dəstəyi göstərilməsi mənəvi dəyərlərimizə hörmətsizlik, şəhidlərimizin ruhuna təhqir də sayıla bilər.

Sonda Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin Ramiz Göyüşovla bağlı açıqlamasını da xatırlatmaq yerinə düşər:

"Ramiz Göyüşovun sosial şəbəkələrdə yayılmış, heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin (yəni 2021-ci il) 30 iyun tarixində keçirilmiş hesabat konfransında artıq xitam verilib".(Yenixeber.org)

 


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025