Cəmiyyət (7-06-2014, 21:21)
“Çox kişinin qızı açıq-saçıq geyinir” – qızından Mehdixanlıya
Xalq artisti Nürəddin Mehdixanlının aktrisa qızı Kəmalə Quliyeva atası ilə bağlı danışıb.
“Mediatv.az”nun məlumatına görə, o, gecce.az-a açıqlamasında bunları deyib: “Atam mənim açıq-saçıq şəkillərimi bəhanə edib, guya məni ona görə qəbul eləmir. O,mənə 29 ildir ki, nə atalıq edib, nə də sahib çıxıb. 3 yaşımda biz tək qalanda mən aktrisa deyildim. Zamanında anam atamadan ailəsinə diqqətsizlik üstündə boşanıb. O, zaman atamın məşhurlaşan dövrü idi. Ona ailəsi lazım olmadı, sənətini seçdi. Hətta, 2-3 dəfə evlənən kişilər görmüşəm amma, nə övladlarını sahibsiz buraxıblar, nə də bunu danmayıblar. Çox kişinin hal-hazırda qızı açıq-saçıq geyinir, bu o deməkdir ki,hamı qızından əl çəkməlidir? Bu sadəcə olaraq Nürəddin bəyin yeni bəhanəsidir. Zamanında atam xanım dostlarına, aktyorluq sənətinə görə məni və anamı atdı.İndi ailə yadına düşür onun bu yaşda? Mən dəfələrdə ondan kömək istəmişəm amma o, mənə yalandan vədlər verib, heç birində yerinə yetirmədi. Hər yerdə övladınızı atmayın, sahib çıxın deyən Nürəddin bəy, bəs bizi niyə sahibsiz buraxdın? Onda ki, mən uşaq idim, açıq-saçıq geyinmirdim, aktrisalıq etmirdim. Amma böyüdükcə mən aktirsa sənətini seçdim və Allah yolumu açdı. Çünki,sənin yalan sözlərindən bezmişdim. Siz indiki xoşbəxt ailə fotosu ilə milləti aldada bilərsiz. Sizi tanıyan isə necə biri olduğunuzu çox yaxşı bilir, Nürəddin bəy. Açıqlama vermişdi ki,guya mən onun heç qohumu belə deyiləm. Amma dünən bunu faktla sübut etdim ki,o bu yaşında da yalan danışır. Mənə uşaqlıqdan göz dağı olub atam. Mən də bu gündən sonra özümə söz verdim ki, ona göz dağı olacam. Yeni ailənlə xoşbəxt ol, amma unutma, dünyanın işini bilmək olmaz,sabah mən kim olacam,sən kim!”