Sosial (Bu gün, 16:55)
Tale Heydərovun aktivlərinin, əmlaklarının həbsi tələb olundu – Kritik gəlişmə, gərgin məhkəmə
Sabah, dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə Azərbaycan vətəndaşı Aygün Aydın qızı Mahmudovanın “Gilan” MMC-yə, holdinqin sahiblərindən olan Tale Kamaləddin oğlu Heydərova qarşı iddiası üzrə məhkəmə prosesi davam etdiriləcək.Musavat.com xəbər verir ki, Aygün Mahmudovanın iddiası Bakının mərkəzində, Neftçilər prospekti 60 ünvanında yerləşən, dəyəri milyonlarla ölçülən, 419 kvadrat metr torpaq sahəsi və içindəki 172,5 kvadrat metr əmlakı ilə bağlıdır. Aygün Mahmudova 17 ildir ki, saxta sənədlərə əsasən ələ keçirilmiş torpaq sahəsi və əmlakının geri qaytarılması üçün mübarizə aparır. İddiaçı, sabaha təyin olunan proseslə bağlı məhkəməyə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə vəsatət göndərib. Məqsəd “Gilan” MMC və onun aktivlərinin mümkün manipulyasiyalarla əldən çıxarılmasının qarşısını almaqdır.
Aygün Mahmudova və ailəsi 2007-ci ildə “Gilan” MMC rəhbərliyi ilə özlərinə məxsus əmlakın satılması barədə razılığa gəliblər. Əmlak üçün beh alınıb və müqavilənin rəsmi təsdiqi gözlənilib. Lakin bundan sonra hadisələr tam fərqli istiqamətdə cərəyan edib. “Gilan” MMC rəhbərliyi sövdələşməni uzadıb, əmlak sahibləri ilə görüşlərdən yayınmağa başlayıb. 2009-cu ildə məlum olub ki, torpaq sahəsi şirkət tərəfindən zəbt edilib, Aygün Mahmudovaya məxsus tikili sökülüb və ərazidə inşaat işləri aparılır. Aygün Mahmudovaya sonradan bəlli olub ki, 28 yanvar 2008-ci ildə “Gilan” MMC-nin direktoru Cəmil Muradov rüşvət hesabına saxta alqı-satqı müqaviləsi tərtib etdirib. Bu sənəddə onun adından saxta etibarnamə əsasında Aidə Bayramova adlı şəxs imza atıb. Hadisənin daha dramatik tərəfi isə budur ki, saxta etibarnaməni verən notarius şikayətlərdən bir müddət sonra özünü güllələyib. Ailə iddia edir ki, o, əslində öldürülüb və işin üstü qısa zamanda ört-basdır edilib. Şikayətlər davam etdikcə ailə üzvlərinə qarşı təhdidlər artıb, lakin hüquq-mühafizə orqanlarından heç bir nəticə əldə olunmayıb. Azərbaycanda bütün instansiya məhkəmələri “Gilan” MMC-nin xeyrinə qərarlar çıxardıqdan sonra Aygün Mahmudova ailəsi Avropa Məhkəməsinə şikayət edib.
AİHM 18 yanvar 2024-cü ildə qərar verib ki, Aygün Mahmudovanın bütün hüquqları saxta sənədlər və cinayət tərkibli hərəkətlər nəticəsində aşkar şəkildə pozulub. Bu qərardan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 09.10.2024-cü il tarixli qərarı ilə əvvəlki bütün məhkəmə qərarlarını ləğv edib, işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
Hazırda iş üzrə ən qalmaqallı epizodlardan biri “Gilan” MMC-nin 2025-ci ilin avqustunda məhkəməyə köhnə tarixli, nömrəsiz, qeydiyyatsız ödəniş tapşırığı təqdim etməsidir. Şirkət iddia edir ki, guya 25 yanvar 2008-ci ildə, 26 yanvar 2008-ci il tarixli müqaviləyə əsasən, Aygün Mahmudovanın əmlakı üçün Aidə Bayramova ilə birlikdə yaşayan Cabir Zayidova 1 milyon 300 min dollar verilib. Aygün Mahmudovanın vəkilləri isə bunu tam absurd və saxta sənəd adlandırır. Deyirlər ki, Aygün Mahmudovaya məxsus olan, dəyəri ödənmədən onun əlindən alınan halal əmlakı bu illər ərzində əldən-ələ keçirilib. Rəsmi dövlət qurumlarının məktublarına əsasən 2008 və 2022-ci illərdə əmlak “Gilan” MMC-nin adına keçirilib. 2023-cü ildə saxta aktla əmlak Tale Kəmaləddin oğlu Heydərov adına keçirilib! 2024-cü ilin mayında isə Tale Kəmaləddin oğlu Heydərov, əmlakı “Aypara” Development MMC-yə satıb. “Aypara” Development MMC-nin də təsisçilərindən biri isə yenə də həmin Tale Kəmaləddin oğlu Heydərovdur.
Vəkillər bildirirlər ki, bu gün Aygün Mahmudovaya məxsus olan, ondan dəyıəri ödənilmədən, saxta sənədlərlə alınan torpaq sahəsində “Crescent Residences” tikilib. Aygün Mahmudova bildirir ki, torpağı ilə bağlı addan-ada keçirilmələr ədalətli məhkəmə qərarının icrasından yayınmaq və əmlakı əlçatmaz vəziyyətə gətirməyə xidmət edir. Aygün Mahmudova Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımova vəsatət təqdim etməklə Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinə əsaslanaraq aşağıdakı müvəqqəti təminat tədbirlərini tələb edir:
“Gilan” MMC-nin bütün əmlakına həbs qoyulsun.
Şirkətə aktivlərini azaltmaq üçün pul və maliyyə əməliyyatları aparmaq qadağan edilsin. “Aypara” Development MMC-nin adına keçirilmiş torpaq sahəsinə həbs qoyulsun. “Crescent Residences” üzrə hər hansı alqı-satqı qadağan edilsin. Eyni torpaq sahəsi üzrə bütün əqdlərin bağlanması dayandırılsın.
Aygün Mahmudovanın vəkilləri bildirir ki, əgər bu tədbirlər görülməsə, əmlak yenidən müxtəlif formalarda gizlədilə bilər. Bu da AİHM qərarının icrasını mümkünsüz edəcək. İş artıq illərdir ki, Azərbaycan ictimaiyyətinin diqqətindədir. AİHM-in ağır ittihamlarla dolu qərarından sonra Bakı Apellyasiya Məhkəməsinin verəcəyi qərar xüsusi əhəmiyyət daşıyır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025



























