Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (Bu gün, 13:32)
“Ev uçub, icra başçısı “pul yoxdur” deyir” - 90 yaşlı şəhid anası ŞİKAYƏT ETDİ

 Füzuli Rayon İcra Hakimiyyəti Birinci Qarabağ müharibəsi şəhidi Ziyad Famil oğlu İmanovun uçulmuş evini bərpa etdirmir.
Bu barədə Pravda.az-a danışan şəhidin 90 yaşlı anası İmanova Nazənim Hümbət qızı bildirib ki, onun oğlundan yadigar qalan yeganə ev Füzuli rayonunun Arayatlı kəndində yerləşir və hazırda dağılmış vəziyyətdədir.
N.İmanova deyib ki, oğlu Z.İmanov 1993-cü ildə Birinci Qarabağ müharibəsində itkin düşüb və 1996-cı ildə şəhid statusu verilib: “Oğlumdan yeganə yadigar qalan evin bərpası üçün dəfələrlə Prezident İlham Əliyevə, Ədliyyə Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Füzuli rayonunun deputatı Vüqar Bayramova müraciət etmişik, müraciətlərimiz icra başçısı Alı Alıyevə yönəldilib. İcra başçısı isə deyir ki, büdcədə pul yoxdur. Buna görə də indiyə qədər hələ də məsələyə baxılmayıb. 32 il keçməsinə baxmayaraq, heç bir dövlət qurumu bizə yaxınlaşmayıb, dövlətin verdiyi müavinətdən əlavə heç kim şəhid anası ilə maraqlanmayıb. Bizim başqa istəyimiz yoxdur. Təkcə şəhid övladımın uçulub-dağılan evinin bərpa olunmasını istəyirik. Bizə bildirildi ki, növbəti illərdə rayonda şəhid ailələrinə ev tikilərsə, ev veriləcək. Amma faktiki oğlumun evi var. Mənim doqquz övladımın altısı oğlan olub. Onlardan dördü Birinci Qarabağ müharibəsində iştirak edib, ikisi müharibədə yaralanıb, onlardan da biri itkin düşdü. Bir evdən bir ananın dörd oğlu müharibə iştirakçısıdır. Xahiş edirəm, mənim müraciətimə baxılsın. Oğlumun evini onun adına ev muzeyi kimi bərpa etmək istəyirik”.
Məsələ ilə bağlı Pravda.az-ın Füzuli Rayon İcra Hakimiyyətinə ünvanladığı soruğuya cavab olaraq bildirilib ki, İmanova Nazənim Hümbət qızı hazırda Arayatlı kəndində oğlu İmanov Umud Famil oğluna məxsus mənzildə yaşayır:
“Həmin mənzil 1998-ci ildə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) tərəfindən Arayatlı kəndində təmir-bərpa işləri aparılarkən qismən bərpa olunub. Hazırda isə həmin mənzil tam təmir edilb. Bundan əlavə, Nazənim İmanova şəhid ailəsi olaraq Füzuli Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb və müvafiq sənədlər Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi qaydada aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Şəhid Ziyad İmanovun adına Arayatlı kəndində heç bir mülk və mənzil aşkar edilməyib”.
 

  

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025