Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (Bu gün, 13:21)
İnam Kərimovun gözü qarşısında onları ittiham etdi - BÜTÜN QANUNSUZLUQLARIN BAŞINDA DAYANIRLAR!

 Xəbər verdiyimiz kimi, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ölkənin bir sıra vəkilləri ilə görüşüb.
Görüşdə Bakı Ağır Cinayətlər Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin sədrləri də iştirak edib.
Görüş zamanı bir sıra vəkillər məhkəmələrdə baş verən qanunsuzluqlar haqqında danışıb.
Gununsesi.info-nun əldə etdiyi özəl məlumata görə, İnam Kərimovun vəkillərlə söhbəti olduqca gərgin mühitdə davam edib.
Belə ki, vəkil Aslan İsmayılov Ali Məhkəmə sədri qarşısında Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilovu və Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun fəaliyyətini kəskin tənqid edib.
 Üzünü hər iki məhkəmə sədrinə tutan Aslan İsmayılov onları ölkənin məhkəmə sistemini məhv etməkdə günahlandırıb.
Aslan İsmayılov hər iki məhkəmə instansiyasındakı qanunsuzluq hallarından danışıb.
Aslan İsmayılovun dediklərinə reaksiya verən İnam Kərimov “Bu deyilənlər ciddi məsələlərdir. Xahiş edirəm ki, konkret sübutlar təqdim edin, araşdıraq” deyə bildirib.
Tədbirdə çıxılmaz durumda qalan İsmayıl Xəlilov və Mübariz Əkbərov vəkilin dediklərindən xəbərsiz olduqlarını iddia edib.
Aslan İsmayılov, həmçinin bildirib ki, hər iki məhkəmə sədri ədalətli olmaq istəyən gənc hakimləri də işləməyə qoymur: “Bugün məhkəmə hakimiyyəti orqanlarında istedadlı hakimlər var. Siz onları gözüm-çıxdıya salaraq qanunsuzluğa vadar edirsiniz”.
Əməkdaşımız bu olayla bağlı Aslan İsmayılovdan şərh almaq istəsə də nədənsə, o, danışmaqdan imtina edib.
Mən öz sözümü orada demişəm. Rəsmi müraciətlərim də olub. Görüşlə bağlı fikirlərimi də sosial şəbəkədə yazmışam. Əlavə deyəcəyim bir məqam yoxdur”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025