Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 22:28)
Fakültənin dekan müavini ilə kafedra müəllimi arasında qalmaqal - “Uzun müddətdir müəllim və tələbələrə qarşı...”

 

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və Hüquq fakültəsinin dekan müavini Abbas Əhmədovla universitetin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Aysel Quliyeva arasında uzun müddətdir ki, problem yaşanır. Aysel Quliyeva işdən çıxarılmasına baxmayaraq, dekan müavini bununla kifayətlənmir. Aysel Quliyeva dekan müavininin müəllim və tələbələrə qarşı həddindən artıq kobud davrandığını, bir çoxlarına ziyan vurduğunu bildirir. Abbas Əhmədov da müəllimin ona böhtan atdığını və onun özünün dərsə məsuliyyətsiz yanaşdığını iddia edir.

Bizimyol.info xəbər verir ki, dekan müavini Abbas Əhmədov bütün bunlarla kifayətlənməyərək, müəllimin həbsini tələb edir. O, Aysel Quliyevanın Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması üçün məhkəməyə müraciət edib. Ərizəsində də tələb edib ki, 37 yaşlı müəllimə bu maddələrin sanksiyasının yuxarı həddində cəza təyin olunsun.
Dekan müavini bildirir ki, “Gündəlik Naxçıvan” adlı “Instagram” və “Facebook” səhifələrində onun haqqında təhqir, böhtan xarakterli materiallar yayımlanır. Hesab edir ki, müəllifin kimliyi açıqlanmasa da, onları yayan Aysel Quliyevadır. Onun sözlərinə görə, “Whatsapp” qrupunda tələbələrlə Aysel Quliyevanın yazışmalarında da onun haqqında danışılıb. Həmin yazışmalarda da Aysel Quliyeva onun haqqında təhqir və böhtan xarakterli fikirlər yazıb.
“Beynəlxalq münasibətlər və Hüquq fakültəsinin dekan müavini Abbas Əhmədov dərsimizi zorla pozdu. Müəllimimiz və biz tələbələr alçaldıcı şəkildə azarlanmağa məruz qaldıq. Hadisə zamanı dövlətə məxsus qapı və partalara ziyan vuruldu. Müəllimimizin əli qapıya ilişərək xəsarət ala bilərdi. Daha sonra müəllimimiz rəsmi şəkildə işdən çıxarıldı. Biz tələbələr açıq şəkildə bildirdik ki, bu hadisə təsadüfi bir hal deyil. Abbas Əhmədov tərəfindən uzun müddətdir tələbələrə və müəllimlərə qarşı zorakı və qeyri-etik davranışlar sərgilənir: bir tələbənin qulağının zərini partlatmışdı, başqa barici bir tələbəni pilləkəndən itələmişdi. Dəfələrlə tələbələri və müəllimləri təhqir etmiş, psixoloji təzyiq göstərmişdi”, - tələbələr dekan müavini haqqında yazıb.
Abbas Əhmədov isə hesab edir ki, Aysel Quliyeva tələbələri onun əleyhinə yönləndirir, qanunsuz əməllərə təhrik edir.
Təqsirləndirilən müəllim isə bildirir ki, ünvanına səslənən ittihamlar yalandır. Aysel Quliyevanın sözlərinə görə, Abbas Əhmədov təhqir və böhtanla bağlı ondan şikayət edib, amma özü onu təhqir edir, böhtan atır: “Deyir ki, guya “Gündəlik Naxçıvan”da onunla bağlı mən paylaşmışam, bunu sübut etməlidir, yalan danışmaq olmaz axı. Mən bunu öz ünvanıma böhtan hesab edirəm. Abbas Əhmədov özü müəllimləri təhqir edərək, “gerizəkalı” adlandırıb, bununla bağlı video var. Müəllimlərdən biri olduğuma görə bu sözü öz üzərimə də götürüəm. “Whatsapp” qrupu yazışmalarının yayılması müəllim və tələbələrin söz və fikir azadlığının pozulmasıdır. Şəxsi yazışmalar icazə olmadan dekanlığa verilib. Biz bundan sonra rahat yazışa bilməyəcəyik”.
Məhkəmə araşdırmalardan sonra qərar verib ki, Aysel Quliyevanın “Whatsapp” yazışmalarında Abbas Əhmədov haqqında yazdığı fikirlərdə təhqir və böhtan xarakterli heç nə yoxdur.
“Gündəlik Naxçıvan”ın sosial media səhifələrində paylaşılanlara gəlincə, dekan müavini onun Aysel Quliyeva tərəfindən yayıldığını təsdiqləyən heç bir sübut ortaya qoyulmayıb. Bütün bunları nəzərə alaraq, məhkəmə müəllim haqqında bəraət hökmü çıxarıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025