Sosial (Bu gün, 12:34)
Çarçarovlara satınalmalarda bu geniş şəraiti kimlər və niyə yaradır
Son vaxtlar mediada və sosial şəbəkələrdə ictimaiyyət tərəfindən ən çox müzakirə olunan mövzulardan biri də dövlət satınalmalarıdır. Dövlət müəssisələrinin satınalmalar zamanı yol verdiyi qanunsuzluqlarla bağlı demək olar hər gün yeni məlumatlar yayılmaqdıdır. Satınalmalar zamanı şəffaf rəqabətin olmaması, bir çox hallarda məmurların yaxın adamlarının adına yaratdıqları şirkətlərin qalib seçilməsi faktları da kifayət qədərdir. Satınalmalarda bir nəfərin adına yaradılan bir neçə şirkətin daim qalib seçilməsi də uzun zamandır müzakirə olunan mövzudur. Adına müxtəlif ünvanlarda bir neçə MMC yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olanların yol verdiyi qanunsuzluqlar barədə hüquq mühafizə orqanlarının yaydığı məlumatlarda da öz əksini tapıb.Uzun zamandır dövlət satınalmalarında iştirak edən respublikanın demək olar bütün rayonlarında dövlət müəssisə və təşkilatlarını mal-material təchiz edən bir neçə MMC var ki, başında Elnur və Aynur Çarçarovlar durur. Bu şəxslərin adına eyni tarixlərdə, fərqli ünvanlarda çoxsaylı şirkətlər təsis olunub. Çarçarovların qanuni təmsilçi olduğu şirkətlərdən bəziləri bunlardır:
“Asrol LL 2024” MMC (VÖEN: 1806650761) – Çarçarov Elnur Rafiq oğlu;
“Safmeren LN 2024” MMC (VÖEN: 1506750211) – Çarçarov Elnur Rafiq oğlu; 14 957.41 manat vergi borcu var.
“Zanbar RR” MMC (VÖEN: 1605439601) – Çarçarov Elnur Rafiq oğlu;
“Samares LM” MMC (VÖEN: 1506721271) – Çarçarov Elnur Rafiq oğlu;
“Avsom 2024” MMC (VÖEN: 1506753401) – Çarçarova Aynur Rafiq qızı;
“Ayazen 2024” MMC (VÖEN: 1506750191) – Çarçarova Aynur Rafiq qızı; 18 292.79 manat vergi borcu var. “Azeforn RN” MMC (VÖEN: 1506750061) – Çarçarova Aynur Rafiq qızı; 16 563.7 manat vergi borcu var.
“Simoder LM” MMC (VÖEN: 1506749951) – Çarçarova Aynur Rafiq qızı;
“Kanera AS” MMC (VÖEN: 1506721421) – Çarçarova Aynur Rafiq qızı.
Qeyd edək ki, bu MMC-lərin bəziləri artıq satınalmalarda iştirak etmir. Sanki missiyalarını başa vurublar. Göründüyü kimi xeyli miqdarda vergi borcu yaratdıqdan sonra.
Ötən ilin dekabrından bu qardaş-bacıya bir Çarçarova da qoşulub. Çarçarova Aysel Əziz qızı. Eyni gündə, fərqli ünvanlarda adına yaradılan MMC-lərlə dövlət satınalmalarında at oynadır.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞAM BAKU 2024” (VÖEN: 1806885301) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.12.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, SARABSKİ , ev.18, qanuni təmsilçisi kimi isə Çarçarova Aysel Əziz qızı olduğu qeyd olunub.
Bu MMC 14.05.2025-ci ildən 05.06.2025-ci ilə qədər ümumi dəyəri 93 915 manat olan 5 kotirovka sorğusunun qalibi olub.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FORRER STN” (VÖEN: 1407049561) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.12.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev.33, m.19, qanuni təmsilçisi kimi isə Çarçarova Aysel Əziz qızı olduğu qeyd olunub.
Bu MMC 19.08.2025-ci ildən 27.10.2025-ci ilə qədər ümumi dəyəri 148 021 manat olan 15 kotirovka sorğusunun qalibi olub.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VASTOK KOP” (VÖEN: 1407049691) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.12.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, ev.22 a, qanuni təmsilçisi kimi isə Çarçarova Aysel Əziz qızı olduğu qeyd olunub.
Bu MMC 29.05.2025-ci ildən 21.07.2025-ci ilə qədər ümumi dəyəri 171 036 manat olan 14 kotirovka sorğusunun qalibi olub.
Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da göründüyü kimi Çarçarova Aysel Əziz qızının qanuni təmsilçisi olduğu 3 MMC son 6 ayda ümumi dəyəri 412 972 manat olan 34 kotirovka sorğusunun qalibi seçilib.
Bu kotirovka sorğularına istehlakyönlü müxtəlif xidmətlərdən başlamış, maşın və avadanlıqların, cari təmir üçün mallarının, digər kommunal xidmətlər üçün malların, dəftərxana, təsərrüfat və mətbəə mallar, nəqliyyat vasitələri üçün cari təmir, ehtiyat hissələrinin, santexnik, elektrik və digər malları, yumşaq inventar, dəftərxana və təsərrüfat mallarının, dezinfeksiya üçün malların, ekspozisiya, sərgi, təmir üçün mal material və yumşaq inventarla satın alınmasına qədər bütün növ xidmətlər daxildir.
Bu MMC-lər daha çox Səhiyyə Nazirliyinə tabeli Gigiyena və Epidimiologiya Mərkəzlərinin, Dezinfeksiya Mərkəzlərinin, Psixiatriya Xəstəxanalarının keçirdikləri satınalmaların qalibi seçiliblər.
Göründüyü kimi Çarçarova Aysel Əziz qızının qanuni təmsilçisi olduğu “VASTOK KOP”, “FORRER STN” “ŞAM BAKU 2024” MMC-lərin qalib çıxdığı satınalmaların içində demək olar bütün xidmət növləri var. Düzdür, qanunla bir sıra malların alımasına lizenziya tələb edilmir. Amma işçi qüvvəsinin və maddi-texniki bazasının olması mütləqdir. Bununla yanaşı bir sıra xidmətlərin göstərilməsi üçün qanunun tələb etdiyi qaydada müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün şirkətin müvafiq lisenziyaya və ya icazəyə malik olması gərəkdir. Amma Çarçarova Aysel Əziz qızının qanuni təmsilçisi olduğu MMC-lərdə bu barədə heç bir məlumat yoxdu. Belə olan halda bu MMC-lər eyni vaxtda respublikanın ayrı-ayrı rayonlarına dövlət sifarişlərini necə çatdırır, hansı işçi qüvvəsindən istifadə edir.
Apardığımız kiçik bir araşdırmadan məlum olan odur ki, bütün bunların hamısını bir nəfər, Çarçarov Elnur Rafiq oğlu idarə edir. Göründüyü kimi Elnur Çarçarovun başında durduğu müxtəlif adlara malik 12 MMC son iki ildə müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə yüzlərlə satınalmanın qalibi olub.
Təbii ki, bunları biz gördüyümüz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də görür. Nəinki, görür, hətta icazə də verir. Belə çıxır ki, Çarçarovlara bu şəraiti yaradan elə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir.
Aktualinfo.net
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025



























